Finlandiya Silahlı Qüvvələri NATO komandanlığına təhvil verilə bilər
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Maks Arhippainen "MTV Uutiset"ə bildirib.
"Çox güman ki, Finlandiya Silahlı Qüvvələrinin təhvil tarixi gələn ilə təxirə salınacaq", - deyə Arhippainen bildirib.
Finlandiya Silahlı Qüvvələri Hollandiyanın Brunssum şəhərindəki NATO Komandanlığına tabedir. Əvvəllər Finlandiya Ordusunun 2025-ci ilin əvvəlində Norfolk komandanlığına təhvil verilməsi gözlənilirdi. Danimarka, İslandiya və Norveç artıq komandanlığa tabedir. Finlandiyadan əlavə, İsveç Silahlı Qüvvələri də Norfolk qərargahına təhvil veriləcək.
Oktyabrın əvvəlində NATO Quru Qoşunları Qərargahı Finlandiyanın Mikkeli şəhərində rəsmi olaraq açılıb. O, Rusiya sərhədindən 200 km-dən az, Sankt-Peterburqdan isə təxminən 300 km məsafədə yerləşir. Yeni qərargah 24/7 fəaliyyət göstərir və ABŞ-ın Şərq Sahilindəki Norfolkdakı qərargaha hesabat verir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 14 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















