Icma.az
close
up
RU
Finlandiyanın baş naziri: “Putin yalnız gücü başa düşür...”

Finlandiyanın baş naziri: “Putin yalnız gücü başa düşür...”

Icma.az, Sia Az saytına istinadən bildirir.

Siyasətçi Trampı Ukraynanın Rusiyanı “Tomaqavk” raketləri ilə vurmasına icazə verməyə çağırıb...

...Finlandiyanın baş naziri Petteri Orpo bəyan edib ki, Ukrayna Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün ABŞ-dan uzaqmənzilli “Tomaqavk” qanadlı raketləri almalıdır. Orpo vurğulayıb ki, Putin “yalnız gücü anlayır” və Ukrayna “paritetə ​​nail olmaq, hətta Rusiyanı üstələmək” üçün silahlandırılmalıdır.

SİA-nın məlumatına görə, bu barədə POLITICO yazır.

...Putin yalnız gücü anlayır. Müharibəsi dayandırmaq istəyiriksə, eyni səviyyədə, hətta daha güclü olmalıyıq.

Brüsseldə Avropa Birliyi sammitinə gələrkən bunu deyən Orponun sözlərinə görə, Rusiya Avropanın təhlükəsizliyinə “daimi təhdid” yaradır və Qərb qətiyyətlə hərəkət etməlidir.

Orponun bəyanatı ABŞ prezidenti Donald Trampın Rusiyanın neft nəhəngləri “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sərt sanksiyalar elan etməsindən və onları Moskvaya təzyiq etmək üçün “kütləvi addım” adlandırmasından qısa müddət sonra verilib.

...Ümid edirik ki, bu sanksiyalar uzun sürməyəcək, çünki müharibə bitməlidir.

Bunu Tramp jurnalistlərə deyib.

Bununla belə, Amerika prezidenti “Tomaqavk” raketlərinin mənimsənilməsi üçün tələb olunan “intensiv hazırlıq ili”ni əsas gətirərək, onların Ukraynaya ötürülməsinə şübhə etdiyini bildirib.

Finlandiya Rusiya ilə 1300 kilometr sərhədi bölüşür və ölkə Avropanın ən sərt təhlükəsizlik mövqelərindən birinə sahibdir.

POLITICO-nun məlumatına görə, Helsinki Tramp administrasiyası ilə prezident Aleksandr Stubb ilə bir neçə qeyri-rəsmi görüş keçirdikdən sonra onunla yaxşı münasibətlər qurub.

Ukrayna lideri Vladimir Zelenski daha əvvəl iddia etmişdi ki, Putin danışıqlara yalnız Tramp “Tomaqavk” raketlərinin Ukraynaya ötürülməsi ehtimalını gündəmə gətirdikdən sonra maraq göstərib. Lakin Vaşinqton bu ideyanı rədd etdikdən sonra Moskva yenidən “sülh dialoqundan çəkilib”.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri