Fiorentinanın müalicə alan futbolçusu bir daha İtaliyada oynaya bilməyəcək? İdman və Biz
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İnter"lə oyunda ürək tutması keçirən və huşunu itirərək yıxılan "Fiorentina"nın 22 yaşlı futbolçusu Edoardo Bove dərialtı defibrilator taxılacağı təqdirdə bir daha İtaliyada oynaya bilməyəcək.
İdman.biz xəbər verir ki, İtaliyanın idman tibb qaydaları dərialtı defibrilatoru olan oyunçunun A seriyasında çıxış edə biləcəyini nəzərdə tutmur.
"La Reppublica" nəşri xəstəxanada müalicə alan italiyalı futbolçunun artıq implantın qoyulmasına icazə verdiyini yazıb.
Qeyd edək ki, üç il əvvəl Avro-2020-də oxşar hadisə ilə üzləşən və bədəninə kiçik elektrik şoklarından istifadə edərək istənilən aritmiyanı düzəldən cihaz implantasiya olunduqdan sonra Kristian Eriksen karyerasını "İnter"də davam etdirə bilməyib. İngiltərə Premyer Liqası kimi digər çempionatlarda qaydalar o qədər də sərt deyil və danimarkalı yarımmüdafiəçi hazırda orada “Mançester Yunayted”in şərəfini qoruyur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















