Fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan komandasına keçidi təsdiqlənməyib?
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rusiyalı fiqurlu konkisürən Veronika Jilinanın Azərbaycan komandasına keçidini təsdiqləmədiyi bildirilir.
İdman.biz "Sputnik Azerbaydjan"a istinadən xəbər verir ki, Jilina son iki il ərzində Rusiya yığmasında çıxış etməsə də, ISU üçün əsas meyar Rusiya Fiqurlu Konkisürmə Federasiyasından (FFFFR) rəsmi razılığın olmamasıdır.
Bir neçə gün əvvəl Azərbaycan vətəndaşlığı almış fiqurlu konkisürənin idman vətəndaşlığını dəyişməsi FFFFR tərəfindən təsdiqlənməyib.
Jilinanın məsələsi ilə bağlı əsas danışıqların sentyabrın 24–27-də Bakıda gənclər arasında keçiriləcək fiqurlu konkisürmə üzrə Qran Pri turniri ərəfəsində və ya yarış zamanı baş tutacağı gözlənilir. Bu yarışa ISU rəhbərliyi də dəvət olunub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 21 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















