Icma.az
close
up
RU
Sevdiklərinizə stress keçirdikləri zamanlarda kömək edə biləcəyiniz 11 əsas üsullar hansılardır?

Sevdiklərinizə stress keçirdikləri zamanlarda kömək edə biləcəyiniz 11 əsas üsullar hansılardır?

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Həyat hər gün daha sürətli və daha dinamik olduğundan hamımız zaman -zaman stressdən əziyyət çəkirik. Ancaq bu vəziyyət təkcə bizimlə məhdudlaşmır; sevdiklərimiz (yaxınlarımız, doğmalarımız) eyni zamanda mübarizə aparmağa çalışırlar. Belə hallarda onların yanında olmaq, yaşadıqları çətinlikləri müəyyən qədər yüngülləşdirmək bizim əlimizdədir."Mən nə edə bilərəm?"-deyə əgər düşünürsünüzsə, sevdiklərinizə dəstək ola biləcəyiniz yollar bunlardan ibarətdir:

1) ONLARI HƏQİQƏTƏN DƏ DİNLƏMƏK LAZIMDIR!

Sevdiklərinizin stress altında olduqları bir dövrdə bəlkə də ən çox ehtiyac duyduqları şey birinin onları həqiqətən başa düşməsidir. "Necəsən?"kimi klassik sualla kifayətlənməyin: göz təması ilə, mühakimə etmədən və həll yolları təklif etməyə çalışmadan diqqətlə qulaq asın. Bəzən sadəcə onları rahat buraxmaq yükünü yüngülləşdirə bilər.

2) KİÇİK BİR SÜRPRİZ EDİN!

Çətin günlər keçirən bir insana dəyərli olduğunu hiss etdirmək düşündüyümüzdən daha asandır. Böyük jestlərə ehtiyac yoxdur; sevdiyi şokoladı alıb stolunun üstünə qoyub gözəl bir qeyd yazmaq və ya çoxdandır birlikdə getmək istədiyi yerə dəvət etmək kifayətdir. Bu kiçik, lakin mənalı sürprizlər onların ürəklərini isidəcək və üzlərində təbəssüm yarada bilər.

3) BİRLİKDƏ TƏBİƏTDƏ VAXT KEÇİRİN!

Təbiət əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün çox mükəmməldir! Təmiz hava, quşların səsi və yaşıl mənzərə sizə inanılmaz bir zövq verə bilər." Gəzintiyə çıxaq?"deyərək onları parka və ya çimərliyə apara bilərsiniz. Bəlkə də piknik planlaşdırmaqla gününüzü daha da özəl edə bilərsiniz.

4) ONLARIN HOBBİLƏRİNİ DƏSTƏKLƏYİN!

Sevdiyiniz insana stressin öhdəsindən gəlməyə kömək etmək istəyirsinizsə, onları zövq aldıqları şeylərə vaxt ayırmağa təşviq edin. Məsələn, hər hansı bir musiqi alətində ifa edirlərmi? Yeni musiqi kitabı hədiyyə edə bilərsiniz.Və yaxud onlar rəsm çəkməyi sevirlər? Birlikdə sənət ləvazimatları mağazasına baş çəkə bilərsiniz. Hobbi insanlara özlərini ifadə etmək və istirahət etmək üçün bir yer təklif edir.

5) XOŞ XATİRƏLƏRİ GERİ QAYTARIN!

Keçmişdən xoş xatirələr çətin anlarda motivasiya mənbəyi ola bilər. Siz köhnə foto albomlara,videolara baxa və ya "O gün nə qədər əyləndiyinizi xatırlayırsınız?"- deyərək söhbətə başlaya bilərsiniz. Bu cür xatirələr həm bağlarınızı gücləndirər, həm də ümid verə bilər.

6) FİZİKİ TƏMASI UNUTMAYIN!

Elmi araşdırmalar göstərir ki, fiziki təmas stress səviyyəsini azaldır. Hətta qucaqlamaq, çiyninə toxunmaq və ya əl tutmaq kimi sadə hərəkətlər belə stressli insana böyük rahatlıq verə bilər.

7) ONLARIN GÜNDƏLİK HƏYATLARINI ASANLAŞDIRIN!

Məsuliyyətlər yığıldıqca stress daha da güclənə bilər. Bu zaman sevdiklərinizin yükünü yüngülləşdirmək üçün kiçik jestlər edə bilərsiniz. "Bu gün sizin üçün ərzaq alış-verişi ilə məşğul ola bilərəm" və ya " Uşaqları məktəbə aparacağam" kimi təkliflər bir anlıq dincəlməsinə kömək edə bilər. Hətta kiçik bir dəstək də böyük fərq yarada bilər...

8) ONLARI ARXAYINLAŞDIRIN!

Hər kəsin həyatda ən çox ehtiyac duyduğu şeylərdən biri də güvəndir. Stress altında olan birinə "Hər şey yaxşı olacaq, mən burdayam" demək bəzən dünya mənasına gələ bilər. Onlara inandığınızı və onları dəstəkləməyə hazır olduğunuzu hiss etdirin.

9) ONLARA YER VERİN!

Bəzi insanlar stressin öhdəsindən gəlmək üçün yalnız qalmağa, vaxta ehtiyac duyurlar. Onlara bu məkanı təmin etmək və yalnız sizə ehtiyac duyduqları zaman yanınızda olacağınızı hiss etdirmək mühüm dəstəkdir.

10) SAĞLAM VƏRDİŞLƏRİ TƏŞVİQ EDİN!

Stress tez-tez sağlam olmayan vərdişlərə səbəb ola bilər. Onları sağlam yemək yeməyə, müntəzəm məşq etməyə və ya kifayət qədər yatmağa təşviq edə bilərsiniz. Məsələn, sağlam bir yemək hazırlayıb birlikdə yeyə və ya idman tədbirində iştirak edə bilərsiniz.

11) PEŞƏKAR YARDIM TÖVSİYƏ EDİN!

Stress ciddi həddə çatıbsa, peşəkar yardım axtarmaq barədə düşünə bilərsiniz.Psixi sağlamlıq mütəxəssisi ilə danışmaq stressin öhdəsindən gəlmək üçün təsirli bir yol ola bilər.

Tahirə Nur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Yanvar 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see128

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri