Rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycana səfər edib FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İstedadlı rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycana səfər edib.
İdman.biz xəbər verir ki, o, Yana Rudkovskaya ilə birlikdə Bakıya məşhur iş adamı Emin Ağalarovun dəvəti ilə gəlib.
Ağalarov sosial şəbəkələrdə prodüser Yana Rudkovskaya ilə Sea Breeze layihəsində möhtəşəm buz arenası tikəcəklərini açıqlayıb. Arenanın portativ struktur olacağı bildirilib. Gələcəkdə arenada ikiqat Olimpiya çempionu Yevgeniy Plyuşenkonun "Plyuşenkonun Mələkləri" buz şousunun keçiriləcəyi gözlənilir.
Əlavə edək ki, Veronika Azərbaycana dəvətə görə Emin Ağalarova təşəkkür edib.
Qeyd edək ki, Jilina növbəti mövsümdən Azərbaycan millisində çıxış edəcəyi xəvərləri yayılıb. Lakin bu gün Rusiya Fiqurlu Konkisürmə Federasiyasının rəhbəri Anton Sixarulidze qurumun icraiyyə komitəsinin iclasından sonra Jilinanın Azərbaycan yığmasına keçidinin təsdiqlənməyəcəyini bildirib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 13 May 2025 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















