Firdovsi Atakişiyev: Maqsud İbrahimbəyovun adı Azərbaycan kinematoqrafiyasının nüfuzunun rəmzidir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 18 noyabr, Günel Alıyeva, AZƏRTAC
Maqsud İbrahimbəyovun adı Azərbaycan ədəbiyyatının, dramaturgiyasının və kinematoqrafiyasının nüfuzunun rəmzidir. Mən hələ uşaqlıqdan onun əsərlərinə aşiq olmuşdum, yazıçının ssenariləri əsasında çəkilmiş filmlər isə mənim üçün ən yaxın və ən mənalı idi. Buna görə də festivalda iştirakım tamamilə təbii gəlir. Məni həmişə bu cür tədbirlərə cəlb edən məhz onun yaradıcılığına olan dərin sevgim olub.
Bu fikri Əməkdar artist Firdovsi Atakişiyev görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
Festivalın gənc nəslə təsiri barədə danışan sənətçi bu cür mədəni təşəbbüslərin unikal tərbiyə və maarifləndirmə gücünə malik olduğunu vurğulayıb: “Maqsud İbrahimbəyov kimi insanlar özündən sonra nəhəng yaradıcılıq irsi qoyub gediblər. Bizim ortaq vəzifəmiz onu nəsildən-nəslə ötürməkdir. Bu cür festivalların keçirilməsi həm böyük xeyirxahlıq, həm də ədəbiyyatımızın sabahkı gününə sərmayədir”.
Aktyorun sözlərinə görə, gənclərin yazıçının yaradıcılığına olan böyük maraq xüsusilə ruhlandırır: “Mən Maqsud İbrahimbəyovun yaradıcılığının işığına və dərinliyinə səmimiyyətlə can atan bir çox gənc gördüm. Onun irsi yeni nəslin dünyagörüşünün və mənəviyyatının formalaşmasında nəhəng rol oynayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 18 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















