Icma.az
close
up
RU
Firdovsi Umudov: Avropa Ağırlıqqaldırma Akademiyasının Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq AZƏRTAC

Firdovsi Umudov: Avropa Ağırlıqqaldırma Akademiyasının Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 dekabr, AZƏRTAC

"Avropa Ağırlıqqaldırma Akademiyasının Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq. Bu işi dövlətimizin adına layiq səviyyədə icra etməyə çalışacağıq".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin (BTM) təşkil edilmə hüququnun ölkəmizə verilməsi barədə danışarkən deyib.

O, bunun yalnız federasiyanın deyil, bütövlükdə Azərbaycan idmanının nailiyyəti olduğunu bildirib: "Bu gün idman kompleks yanaşma tələb edir. Məşqləri yüksək səviyyədə keçirmək, idmançı yetişdirmək və birinci olmaq medalın görünən tərəfidir. Bu uğurun təməlində gərgin iş və beynəlxalq səviyyədə qurulan əlaqələr dayanır. Çünki qitə miqyaslı akademiyaya ev sahibliyi etmək üçün yüksək etimad qazanmalısan. Bu işi sizə həvalə edən insanlar əmin olmalıdırlar ki, vəzifənin öhdəsindən layiqincə gələ biləcəksiniz. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin olduğunu gördü. Prezident İlham Əliyevin hər idmanı növü ilə ayrılıqda maraqlanması və göstərdiyi həssas münasibət onlarda əminlik yaratdı".

AAF rəsmisi dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyasından birinin məhz Azərbaycanda qurulmasının əhəmiyyətindən bəhs edib: "Avropada cəmi bir akademiya olacaq ki, o da Bakıda qurulacaq. Qitənin 50-dən çox ölkəsinin diqqəti bizə yönələcək. Burada seminarlar, məşqçilik kursları, təlim-məşqlər təşkil olunacaq. Akademiyanın fəaliyyət planını tam olaraq ifadə etmək zaman alar. Təkcə onu deyim ki, burada çoxşaxəli iş prosesindən söhbət gedir".

F.Umudov bu hadisənin ölkəmizdə ağırlıqqaldırmanın inkişafına təkan verəcəyini söyləyib: "Son illərdə ağırlıqqaldırma idmanında qazanılan nəticələr göz qabağındadır. İndiki dövrdə hansısa ölkəni aşkar favorit adlandırmaq olmur. Siz idmançını körpücük üzərində bir neçə dəqiqə görürsünüz. Onun uğur qazanması üçün cəmi 6 yanaşması olur. Ağırlıq mərkəzindən ani yayınma uğursuz cəhd ilə nəticələnir. Təsəvvür edin ki, bu akademiya Azərbaycan və Avropa üçün ağırlıq mərkəzi olacaq. Buradakı bütün təşkilati yanaşmalarımız uğurlu olmalıdır. Bütün ölkələrin ən təcrübəli mütəxəssisləri Bakıya gələcəklər. Bu, idmanımıza həm nəzəri, həm də təcrübə baxımından zənginlik qatacaq. Potensialımızı tam üzə çıxara biləcəyik".

Federasiyanın vitse-prezident Bəhreyn səfərində keçirilmiş bir sıra görüşlərdə akademiyanın fəaliyyət istiqamətlərinin müzakirə olunduğu da qeyd edib: "Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və mən Bəhreyndə bir sıra görüşlərdə iştirak etdik. Bilirsiniz ki, bir müddət öncə həm Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud, Həm də Avropa Ağırlıqqaldırma Federasiyasının rəhbəri Antonio Konflitti Azərbaycanda səfərdə olmuşdu. Demək istəyirəm ki, yüksək səviyyədə təmaslarımız öncədən qurulmuşdu. Bu dəfə əsasən akademiyanın fəaliyyət istiqamətlərindən danışdıq. Onlar üçün bu idman növünün coğrafiyasının genişlənməyi prioritet məsələlərdəndir. Düşünürəm ki, növbəti il bir çox yeniliklərlə yadda qalacağıq".

Qeyd edək ki, Avropa Ağırlıqqaldırma Akademiyasının Bakıda “ASK Arena”da yerləşməsi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri