Icma.az
close
up
RU
Fırtına öncəsi sakitlik: ABŞ İran görüşünün gizli mesajı

Fırtına öncəsi sakitlik: ABŞ İran görüşünün gizli mesajı

Icma.az, Olke.az saytına istinadən bildirir.

Fevralın 6-da Omanın paytaxtı Maskatda baş tutan ABŞ–İran danışıqları rəsmi açıqlamaların məhdudluğuna baxmayaraq, Yaxın Şərqdə yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Görüşdən sonra verilən mesajlar göstərir ki, tərəflər masa arxasında qalsa da, paralel olaraq hərbi və iqtisadi təzyiq alətləri maksimum səviyyədə işə salınıb. Bu isə diplomatiyanın faktiki olaraq ultimatumla müşayiət olunduğunu göstərir.

“Razılaşma ya güc” – Vaşinqtonun yeni strategiyası
ABŞ Prezidenti Donald Trampın açıqlamaları Maskat görüşünün əsas mahiyyətini açıq şəkildə ortaya qoydu:

Vaşinqton İranla razılaşmanı istəyir, lakin bu razılaşma ABŞ şərtləri əsasında olmalıdır.
Tramp İranla danışıqların ilk mərhələsini "çox yaxşı" adlandırıb. İranın yeni bir razılaşma əldə etmək istəyini vurğulayan Tramp tehrana xəbərdalıq etməyi də unutmayaraq əlavə edi ki, razılaşma olmazsa, nəticələr çox ağır olacaq. “Hər kəs öz kartlarını bilir", - o qeyd edib
Trampın ritorikasında üç əsas xətt diqqət çəkir:

Hərbi təzyiqin açıq nümayişi
ABŞ-ın böyük dəniz qüvvələrinin regiona göndərilməsi sadəcə təhlükəsizlik tədbiri deyil, açıq psixoloji təzyiq elementidir. USS Abraham Lincoln zərbə qrupunun İran sahillərinə yaxın yerləşdirilməsi “güc vasitəsilə sülh” doktrinasının real tətbiqidir.
Tramp İrana qarşı bölgəyə böyük bir dəniz qüvvəsinin göndərildiyini xatırladaraq, "Tezliklə orada olacaq. Bunun necə nəticələnəcəyini görəcəyik" deməsi bunun bariz nümunəsidir. 
ABŞ-ın lazımi addımları atacağını, lakin tələsməyə ehtiyac olmadığını vurğulayan Tramp  Venesuela  sseanrisinə diqqət çəkərək deyib ki, Venesuelanı xatırlayırsınızsa, bir müddət gözlədik və tələsmirik: “Bizim kifayət qədər vaxtımız var. İranla çox yaxşı müzakirələr aparırıq".

İqtisadi mühasirənin genişləndirilməsi
İranla ticarət edən ölkələrə qarşı 25%-lik əlavə rüsum qərarı faktiki olaraq ikinci dərəcəli sanksiyaların sərtləşdirilməsidir. Bu addımın əsas hədəfi isə aydındır:
İranın neft ixracının əsas alıcısı olan Çin dolayı ticarət marşrutları (Malayziya, İndoneziya və s.)
Diplomatik ultimatum dili Trampın “razılaşma olmazsa nəticələr çox ağır olacaq” bəyanatı ABŞ-ın diplomatiyanı hərbi gücün davamı kimi gördüyünü göstərir.
Başqa sözlə, Vaşinqton masa arxasında danışır, amma eyni anda masanın altına hərbi və iqtisadi təzyiq mexanizmlərini yerləşdirir.

Tehran geri çəkilmir: uran zənginləşdirilməsi “qırmızı xətt”
Maskat görüşünün nəticələri ilə bağlı "The Wall Street Journal" nəşrinin  verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi Omanda ABŞ nümayəndələri ilə danışıqlar zamanı Tehranın uranın zənginləşdirilməsini dayandırmaq niyyətində olmadığını və onu başqa bir ölkəyə ötürməyi planlaşdırmadığını bildirib.
Nəşrin mənbələrinə görə, görüş zamanı tərəflərdən heç biri mövqeyini dəyişməyib. Lakin hər ikisi ABŞ-ın İrana mümkün hücumunun qarşısını almaq üçün diplomatik səyləri davam etdirməyə hazır olduqlarını bildiriblər.

Bu, danışıqların əsas düyün nöqtəsidir.
İranın mövqeyinin arxasında bir neçə strateji səbəb dayanır:
1. Nüvə proqramı – təhlükəsizlik zəmanəti
Tehran üçün nüvə proqramı sadəcə texnoloji və ya siyasi layihə deyil. Bu, rejimin təhlükəsizlik zəmanəti kimi qəbul edilir.
İraq, Liviya və Şimali Koreya nümunələri İranın strateji düşüncəsində mühüm yer tutur.
2. Regional güc balansı
İran nüvə potensialından imtina etsə: İsrailin nüvə üstünlüyü dəyişməz qalacaq, Səudiyyə Ərəbistanı nüvə proqramını sürətləndirəcək, regionda İranın deterrens gücü zəifləyəcək
3. Daxili siyasi faktor
Tehran rəhbərliyi ABŞ qarşısında geri addımı daxili legitimlik böhranı kimi görür. Bu səbəbdən “bərabər şərtlər və qarşılıqlı hörmət” ritorikası ön plana çıxarılır.

ABŞ niyə bu qədər tələsir?
Vaşinqtonun İran məsələsində sərt mövqeyinin arxasında təkcə nüvə təhlükəsi dayanmır. Bu proses daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir.
1. Çin faktoru
İran neftinin 80%-nin faktiki olaraq Çinə yönəlməsi ABŞ üçün strateji təhlükədir.
Bu, Pekinin enerji təhlükəsizliyini təmin edir, dollar sistemindən kənar ticarəti genişləndirir, sanksiyaların effektivliyini zəiflədir.
ABŞ üçün İran məsələsi eyni zamanda Çinlə geoiqtisadi rəqabətin bir hissəsidir.
2. Rusiya faktoru
Ukrayna müharibəsi fonunda İran Rusiyaya dron və hərbi texnologiya dəstəyi verir, Qərb sanksiyalarına qarşı alternativ blokun formalaşmasında rol oynayır.  Vaşinqton İranı zəiflətməklə Moskvanın strateji dayaqlarından birini sarsıtmaq istəyir.
3. “Dünya polisi” imici
ABŞ qlobal liderlik rolunun sarsıldığını hiss edir.
İran məsələsində geri addım  müttəfiqlərə zəiflik siqnalı verə bilər, rəqiblərə isə cəsarət qazandıra bilər. Bu səbəbdən İran məsələsi  həm də ABŞ üçün reputasiya müharibəsidir.

Diplomatiya niyə davam edir?
Mövqelər dəyişməsə də tərəflərin danışıqları davam etdirməyə razılaşması təsadüfi deyil.
Hər iki tərəf müharibənin risklərini anlayır.
ABŞ üçün risklər gəldikdə deyə bilərik ki, Hörmüz boğazının bağlanması, qlobal enerji böhranı. regionda genişmiqyaslı müharibə. ABŞ hərbi bazalarının hədəfə çevrilməsinə səbəb ola bilər.
İran üçün risklərə gəldikdə infrastrukturun məhv edilməsi. rejim sabitliyinin təhlükə altına düşməsi, iqtisadi çöküşün sürətlənməsi olacaq. Buna görə də tərəflər müharibəsiz təzyiq strategiyası yürüdür.

“Ölüm-dirim” mübarizəsi niyə deyilir?
ABŞ–İran qarşıdurması artıq regional münaqişə çərçivəsindən çıxıb. Bu, daha geniş qlobal sistem qarşıdurmasının bir hissəsidir.
Bu mübarizə ABŞ üçün qlobal liderlik status. İran üçün rejimin sağ qalması məsələsidir. Odur ki, kompromis tapmaq son dərəcə çətindir.
Maskat görüşü razılaşma deyil, uzun geosiyasi qarşıdurmanın yeni mərhələsinin başlanğıcıdır.
Hazırkı vəziyyət belə təsvir edilə bilər: Diplomatiya davam edir, hərbi təzyiq artır. iqtisadi mühasirə genişlənir

Mövqelər isə dəyişmir
Bu isə o deməkdir ki, ABŞ–İran münasibətlərində qarşıdakı aylar dünya siyasətinin əsas gərginlik mərkəzlərindən biri olaraq qalacaq. Əsas sual isə hələ də açıqdır: Bu qarşıdurma böyük razılaşma ilə bitəcək, yoxsa böyük böhranla?

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Fevral 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri