Icma.az
close
up
RU
Fırtınaqabağı sakitlik: Döyüş hər an başlaya bilər

Fırtınaqabağı sakitlik: Döyüş hər an başlaya bilər

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Hazırda ABŞ ilə İran arasında münasibətlər fırtınaqabağı sakitliyi xatırladır. Tərəflər arasında qüvvədə olan atəşkəs müvəqqəti xarakter daşıyır və hər iki tərəf münasibətlərdəki problemlərin həlli üçün çıxış yolları axtarır”.

Bu fikirləri “Cebheinfo.az”- a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müşaviri, politoloq Elşən Manafov ABŞ və İran münasibətlərindən danışarkən deyib.  

O bildirib ki, ABŞ ilk növbədə Hörmüz boğazı ətrafında gərginliyin aradan qaldırılmasına, boğazdan mülki gəmilərin sərbəst hərəkətinin təmin edilməsinə nail olmaq məqsədilə İranla diplomatik kanallar vasitəsilə təmasları intensivləşdirməyə çalışır:

“İranın Pakistan, Qətər, Bəhreyn və Omanla apardığı danışıqlarda Vaşinqtonun pərdəarxasından prosesə təsir göstərmək cəhdləri müşahidə olunur. Məlumdur ki, mövcud şəraitdə tərəflər arasında birbaşa danışıqların aparılması məqsədəuyğun hesab edilmir. Çünki danışıqların uğursuz nəticələnməsi ABŞ-ni öz mövqeyini sığortalamaq üçün alternativ mexanizmlərdən istifadə etməyə sövq edir. Vaşinqtonun irəli sürdüyü şərtlərin Tehran tərəfindən qəbul edilməməsi onun fövqəldövlət imicinə müəyyən zərbə vura bilər. Vasitəçilər üzərindən aparılan danışıqlarda isə ABŞ mümkün uğursuzluğun məsuliyyətini vasitəçilərin üzərinə yönəldə və prosesdən kənarda qala bilər. Hətta zərurət yaranarsa, danışıqların birbaşa tərəfi olduğunu da inkar etmək imkanına malikdir”.

Politoloq qeyd edib ki, İrana gəlincə, rəsmi Tehranın ABŞ-yə etimad etmədiyi sirr deyil: 

“Digər tərəfdən, vasitəçilərlə aparılan danışıqlar Vaşinqtona zərurət yaranacağı təqdirdə nüfuzuna ciddi xələl gətirmədən prosesdən geri çəkilmək imkanı verir. Münasibətlərdəki problemlərin perspektivdə həlli baxımından Tehran da belə bir modelin saxlanılmasında maraqlıdır. İranın Hörmüz boğazı ilə bağlı vasitəçilərin dəstəyi ilə ABŞ ilə dolayısı danışıqlarında rəsmi Tehran boğazda orta dəhlizdən istifadənin məqsədəuyğun olduğunu irəli sürür. Bunun əsas səbəbi isə Hörmüz boğazının şimal hissəsinə bitişik ərazilərin İran Hərbi Dəniz Qüvvələrinin nəzarəti altında olmasıdır”. 

Elşən Manafovun sözlərinə görə, İranın Hörmüz boğazı ətrafında gərginliyi aradan qaldırmaq üçün təklif etdiyi model əslində ondan ibarətdir ki, Tehran burada Orta Dəhliz modelini irəli sürür:

“Bu da ondan irəli gəlir ki, boğazın şimal hissəsinə, qeyd etdiyimiz kimi, nəzarəti İran həyata keçirir. Cənub hissəsində isə nəzarət bilavasitə Oman dövləti tərəfindən təmin olunur. Bununla bağlı razılaşmalar hələ 1959, 1979 və 1981-ci illərdə həmin dövlətlərin qərarları ilə təsdiqlənib.
Düzdür, dünya birliyinin bir qismi, o cümlədən ABŞ beynəlxalq dəniz hüququna istinad edərək bu konvensiyaları qəbul etməyib. Lakin İranın belə bir təkliflə çıxış etməsinin, təbii ki, öz regional və geosiyasi maraqları var.

Əvvəla, Hörmüz boğazı ətrafındakı gərginlik, bildiyimiz kimi, dünya enerji bazarlarında neftin və qazın qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub. ABŞ və konkret olaraq Tramp buna görə İranı məsul hesab edir. Vaşinqton Avropadakı istehlakçıları, o cümlədən vergiödəyicilərini sakitləşdirmək və yaranmış narazılığı İrana yönəltmək üçün məhz bu mövqedən çıxış edir. 
İran isə əksinə, ABŞ-nin burada hansı niyyətlərlə hərəkət etdiyini anlayır və Trampın ciddi səylərlə Avropa dövlətlərindən ibarət anti-İran koalisiyası formalaşdırmasının qarşısını almaq məqsədilə alternativ yolun mövcud olduğunu bəyan edir. Yəni İranın təklifinə görə, Hörmüz boğazında Orta Dəhliz vasitəsilə Avropadan Asiyaya və ya Asiyadan Avropaya hərəkət edən gəmilər İran və Oman dövlətlərinin bilavasitə nəzarəti altında keçə bilər”.

O vurğulayıb ki, İran və Oman üçün belə bir model həm də onların öz ərazi sularının təhlükəsizliyinin təmin olunması məqsədindən irəli gəlir:

“Təbii ki, İranın bu təklifi Avropa dövlətlərinin ABŞ ətrafında İrana qarşı koalisiyada birləşməsinin qarşısını almağa yönəlib. Eyni zamanda, bu təşəbbüs regionda gərginliyin daha da artmasının qarşısını almaq məqsədi daşıyır. Məsələlərin bu istiqamətdə inkişafı İsraili qane etmir. İsrail ümumilikdə İran ətrafında gərginliyin səngiməsində maraqlı deyil. Bu səbəbdən, ABŞ ilə razılaşdırılmadan Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyəti ilə razılığa gəldiyi, eləcə də Kiyevi bu istiqamətdə təşviq etdiyi iddia olunur. Nəticədə, Ukrayna tərəfindən Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya müxtəlif təyinatlı yüklər daşıyan İran gəmilərinə zərbələr endirilib.

Bu hadisə sabitlik və təhlükəsizlik məkanı kimi tanınan Xəzər hövzəsində gərginliyin artmasına səbəb olub. Yaranmış vəziyyət isə bütün Xəzəryanı dövlətlərin siyasi rəhbərliyini, o cümlədən Azərbaycan dövlətini ciddi şəkildə narahat edib.

İsrail isə bu addımı ilə heç şübhəsiz, hərbi əməliyyatların, yəni müharibənin coğrafi baxımdan miqyasının və əhatə dairəsinin genişlənməsinə nail olmağa çalışır. Bu, İsrailin strateji maraqlarına cavab verir. Hətta ABŞ-ni buna razı salmaq məqsədilə Baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail kəşfiyyatı İranın nüvə proqramı ilə bağlı yeni məlumatlar əldə edib. O bildirib ki, həmin məlumatları şəxsən Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa təqdim edəcək”.

Elşən Manafov bildirib ki, İsrail kəşfiyyatının Benyamin Netanyahu hökumətinin sifarişi ilə onun masasına təqdim etdiyi bu məlumatlar MAQATE-nin İranın nüvə proqramı ilə bağlı məlumatlarından xeyli fərqli olacağına şübhə etmirəm:

“Çünki MAQATE dünyada atom enerjisindən istifadəyə nəzarət edən beynəlxalq qurumdur. MAQATE-nin İranın nüvə proqramı ilə bağlı BMT-yə, eləcə də ABŞ-yə təqdim etdiyi bütün hesabatlarda göstərilir ki, İranın hazırkı mərhələdə həyata keçirdiyi nüvə fəaliyyəti ona nüvə silahı hazırlamaq imkanı vermir.

İran isə dəfələrlə bəyan edib ki, digər dövlətlər kimi onun da nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var. İsrail isə bu mövqeni qəbul etmir və iddia edir ki, İranın nüvə enerjisi proqramını inkişaf etdirməsi gələcəkdə onun nüvə silahına yiyələnməsi riskini artıracaq və bunun qarşısını almaq mümkün olmayacaq.

İsrailin əsas məqsədi şübhəsiz ki, regionda, xüsusilə də İran ətrafında gərginliyin davam etməsinə və daha da artmasına nail olmaqdır. Ukraynanın Xəzər dənizində məlum obyektlərə zərbələr endirməsi də, təbii ki, İsrailin bu məqsədinə müəyyən mənada xidmət edib. İranın xarici işlər naziri Abbas Əraqçinin Zelenski hökumətinə ünvanladığı mesajlar da göstərir ki, İsrail müəyyən nəticə əldə edə bilib. İstisna etmirəm ki, İran da yaxın perspektivdə Ukraynaya münasibətdə adekvat addımlar atmaq üçün səylərini gücləndirəcək”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri