Icma.az
close
up
RU
Toyuq sinəsini belə bişirin Bud ətindən də sulu alınacaq

Toyuq sinəsini belə bişirin Bud ətindən də sulu alınacaq

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Toyuq sinəsini sobada bişirərkən ən çox rast gəlinən problem onun qurumasıdır. Lakin bir neçə sadə qaydaya əməl etməklə əti yumşaq və sulu saxlamaq mümkündür.
Demokrat.az
xəbər verir ki, toyuq sinəsinin tərkibində yağ az olduğundan yüksək temperaturda və uzun müddət bişirildikdə tez nəmini itirir. Buna görə də əsas məsələ sobanın temperaturunu düzgün seçmək və əti həddindən artıq bişirməməkdir.
Sinə ətini bişirməzdən təxminən 15 dəqiqə əvvəl soyuducudan çıxarmaq məsləhətdir. Daha sonra üzərinə az miqdarda bitki yağı sürtülür və zövqə uyğun ədviyyatlarla qarışdırılır. Bu üsul həm ətə dad verir, həm də səthinin daha şirəli qalmasına kömək edir.
Lazım olan ərzaqlar:
* 2 ədəd dərisiz və sümüksüz toyuq sinəsi;
* 1 xörək qaşığı bitki yağı;
* yarım çay qaşığı sarımsaq tozu;
* yarım çay qaşığı qurudulmuş reyhan;
* yarım çay qaşığı qurudulmuş kəklikotu;
* yarım çay qaşığı qurudulmuş oregano;
* zövqə görə duz;
* zövqə görə qara istiot.
Ədviyyatları zövqə uyğun dəyişmək də mümkündür. Məsələn, reyhan əvəzinə rozmarin, oregano əvəzinə isə italyan otlarından istifadə edilə bilər. Sarımsaq tozunu az miqdarda doğranmış təzə sarımsaqla da əvəz etmək mümkündür.
Toyuq sinəsi sobada necə bişirilməlidir?
Əvvəlcə sobanı 220 dərəcəyə qədər qızdırın. Bu vaxt toyuq döşünü soyuducudan çıxarıb təxminən 15 dəqiqə otaq temperaturunda saxlayın.
Kiçik qabda sarımsaq tozu, reyhan, kəklikotu, oregano, duz və qara istiotu qarışdırın.
Toyuq sinəsini kağız dəsmalla qurulayın, üzərinə az miqdarda yağ çəkin və hazırladığınız ədviyyat qarışığını hər tərəfinə yaxşıca sürtün. Əgər ət parçalarının qalınlığı bir-birindən ciddi şəkildə fərqlənirsə, onları mümkün qədər eyni qalınlığa gətirmək lazımdır. Bu, bütün hissələrin eyni vaxtda bişməsinə kömək edəcək.
Əti soba sinisinə yerləşdirib əvvəlcədən qızdırılmış sobaya qoyun. Kiçik ölçülü toyuq sinəsini adətən 18-20 dəqiqəyə, daha iri parçalar isə təxminən 20-25 dəqiqəyə bişir.
Lakin bişmə müddəti ətin qalınlığından və sobanın xüsusiyyətlərindən asılı olduğundan yalnız vaxta güvənmək düzgün deyil.
Ətin tam bişdiyinə əmin olmaq üçün mətbəx termometrindən istifadə etmək olar. Termometri toyuğun ən qalın hissəsinə yerləşdirin. Daxili temperatur 74 dərəcəyə çatdıqda əti sobadan çıxarmaq lazımdır.
Toyuğu sobadan çıxardıqdan sonra dərhal doğramaq əvəzinə bir neçə dəqiqə dincə qoymaq məsləhətdir. Daha sonra əti liflərin əks istiqamətində doğrayaraq tərəvəz, salat və ya qarnir ilə süfrəyə vermək olar. Bu üsulla toyuq sinəsi qurumadan yumşaq, sulu və daha ləzzətli alınacaq.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri