Vuçiç sentyabrın sonunda istefa verəcək
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25–26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir.
Modern.az xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsini tutur. Onun ikinci prezidentlik müddəti 2027-ci ilin mayında başa çatmalı idi. Serbiya Konstitusiyasına görə, Vuçiç üçüncü dəfə prezidentliyə namizəd ola bilməz.
Serbiya lideri iyunun 27-də də tərəfdarları qarşısında çıxışı zamanı bir neçə həftə ərzində prezident postundan gedəcəyini bildirmişdi.
Sentyabrın 9-da Vuçiç parlamenti buraxaraq oktyabrın 25-nə növbədənkənar parlament seçkisi təyin edib. Hakim Serbiya Tərəqqi Partiyası (SNS) isə onu seçkidən sonra Baş nazir vəzifəsinə namizəd göstərib.
Beləliklə, Vuçiçin prezident postundan istefası onun yenidən hökumət başçısı kimi hakimiyyətdə qalmasına imkan yarada bilər. O, daha əvvəl 2014–2017-ci illərdə Serbiyanın Baş naziri olub.
Növbədənkənar seçki qərarı Serbiyada təxminən iki ildir davam edən hökumət əleyhinə aksiyalar fonunda verilib. Etirazlar 2024-cü ilin noyabrında Novi Sad dəmir yolu stansiyasının örtüyünün uçması və 16 nəfərin həyatını itirməsindən sonra başlayıb. Nümayişçilər hakimiyyəti korrupsiya və faciəyə görə məsuliyyətsizlikdə ittiham edirlər. Vuçiç və tərəfdarları bu ittihamları rədd edirlər.
Qeyd edək ki, Reuters sentyabrın 9-da yayımladığı materialda Vuçiçin parlament seçkisindən əvvəl prezidentlikdən istefa verib-verməyəcəyinin hələ dəqiqləşmədiyini yazıb. Buna görə 25–26 sentyabr tarixi hələlik Serbiya Prezidentinin rəsmi saytında və aparıcı beynəlxalq agentliklərdə təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Sentyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















