Icma.az
close
up
RU
Fitrə zəkatı nə vaxt verilməlidir? AÇIQLANDI

Fitrə zəkatı nə vaxt verilməlidir? AÇIQLANDI

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi sabah – martın 20-si Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına görə, bu il imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır.
Bəs orucun mühüm əməllərindən biri olan fitrə zəkatı nə vaxt verilməlidir?
Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına görə, fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.
Qeyd edək ki, bu gün - 19 mart tarixi orucluğun sonuncü günüdür.

Din xadimləri deyirlər ki, fitrə zəkatı bayram axşamı şam namazı ilə bayram namazı arasındakı müddətdə verilsə, daha savablı olar.
İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədovun sözlərinə görə, dinimizə görə hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir.
"Məbləğə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ 10-15 manat arası dəyişə bilər. Bu asılıdır bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var".

"Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaq dəyərində pul da verilə bilər" sualına gəldikdə deputat bildirib ki, bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra İslam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü də bildirirlər.

"Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, imkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir".

Bakı məscidlərində bayram namazları sabah - martın 20-də səhər saat 08:00-09:00 arasında qılınacaq.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri