Fitso: Kiyev qaz tranziti ilə bağlı qərarına yenidən baxmasa, Slovakiya tədbir görəcək
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Volodimir Zelenskinin Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmaq qərarı Slovakiyaya və Avropa İttifaqına ziyan vurur, əgər ona yenidən baxılmazsa, Bratislava cavab tədbirləri görəcək.
APA xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şoltzla telefon danışığından sonra respublikanın Baş naziri Robert Fitso bildirib.
“Almaniya tərəfinin xahişi ilə bu gün günortadan sonra kansler Şoltzla telefonla danışdım. Söhbət qazın tədarükü və tranziti ilə bağlı olub. Mən Slovakiya hökumətinin prinsipial mövqeyini təkrarladım. Zelenskinin Ukrayna ərazisindən qaz tranzitini dayandırmaq qərarı Slovakiyaya ciddi ziyan vurur və bütün Avropa İttifaqına milyardlarla avro zərər verir. Bu qərar ləğv edilməsə, Slovakiya cavab tədbirləri görəcək”, - Fitso “Facebook” hesabında yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Yanvar 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















