FKSB klubunun rəsmisi: “Qarabağ”la oyunda layiqli qələbə qazandığımızı desəm, yalan olar AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 24 yanvar, AZƏRTAC
“Layiqli qələbə qazandığımızı desəm, yalan olar. Sadəcə, fədakarlıq göstərdik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda Bakıda “Qarabağ”a 3:2 hesabı ilə qalib gələn Rumıniyanın FKSB klubunun İdarə Heyətinin sədri Mixay Stoyka deyib.
O, ilk dəfədir bir oyunda hər üç qolun künc zərbəsindən vurulduğunu bildirib: ”İndiyədək bu cür hadisə ilə rastlaşmamışdım. Oyundan əvvəl verdiyim açıqlamada görüşün bol qollu keçəcəyini demişdim. İndi hər kəs məni təbrik edəcək”.
Funksionerin sözlərinə görə, “Qarabağ” oyunda daha bir neçə qol vura bilərdi: “Rəqibin yüksəkkeyfiyyətli oyunçuları var. Matçdan əvvəl demişdim ki, “Qarabağ” risk edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















