Icma.az
close
up
RU
“Krasnodar” çempionluğa bir addım da yaxınlaşdı

“Krasnodar” çempionluğa bir addım da yaxınlaşdı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Turun cümə günü keçirilən açılış oyunu mövsümün ən dramatik matçlarından birinə səhnə oldu.

"Football-plus.az" xəbər verir ki, “Krasnodar” son 7 ev oyununda cəmi 1 dəfə uduzan debütant Mahaçqala “Dinamo”suna qarşı səfərdə 86-cı dəqiqəyə qədər 3:1 öndə idi. Amma meydan sahibləri fərqi minimuma endirdikdən sonra irəli atıldılar və 90+11-ci dəqiqədə (!) penalti qazandılar. Stanislav Aqkatsev Həmid Ağalarovun penaltisini dəf etməklə qəhrəmana çevrildi. Son 7 turda 6-cı qələbəsini qazanan “Krasnodar” xalını 58-ə çatdırdı.
“Öküzlər”in qələbəsindən sonra diqqətlər “Zenit”ə yönəldi. Sergey Semakın komandasının Moskva “Dinamo”sunu səfərdə yenməkdən başqa çarəsi yox idi. Amma son çempion oyuna uğurlu başlasa da, fanatlarını sevindirə bilmədi. “Zenit” qızıla bərabər xallar itirməkdə və çempionluqdan uzaqlaşmaqda davam edir. Piterlilər səfərdə ardıcıl 3-cü dəfə qələbəyə həsrət qaldılar. Elə Moskva təmsilçilərinə qarşı da sindrom davam edir.
“Zenit”in paytaxt klublarına qarşı son 14 rəsmi oyunda cəmi iki qələbəsi var. Bu xal itkisindən sonra zirvədə sona 4 tur qalmış fərq 4 xala çatdı və bukmekerlərin fikrincə, “Krasnodar”ın çempionluq şansı 68 faizə yüksəldi! “Dinamo”nun ardıcıl 20-ci turda qol vuraraq şəxsi rekordunu yenilədiyini də bildirək. 19 yaşlı Batrakovun son anlarda penaltidən vurduğu qol “Lokomotiv”i “Rostov” səfərində məğlubiyyətdən xilas etdi. Amma “dəmiryolçular”ın premyer-liqada səfərdə qələbəsiz seriyası 8 oyuna yüksəldi. Bu, 2010-cu ildən bəri klubun ən pis seriyasıdı. 19 yaşlı Batrakovun isə ulduzu parlamaqda davam edir. Bu mövsüm o artıq 20 qolun vurulmasında yaxından iştirak edib (13 qol, 7 ötürmə). XXI əsrdə bu turnirdə 20 yaşa çatmayan heç bir futbolçunun belə göstəricisi olmamışdı! Moskva derbisi də dramatik alındı. “Spartak” son anlarda penaltidən bərabərlik qolunu vursa da, 2025-ci ili əla keçirən ÇSKA hesabına 3 xal yazmağı bacardı. Məğlubiyyətrsiz seriyası 10 oyuna çatan “hərbçilər” 3-cü pilləyə yüksəldilər. Bu komanda bu təqvim ilində nəinki uduzmayıb, hətta bir dəfə də hesabda geri düşməyib! “Spartak” isə bu məğlubiyyətlə artıq çempionluq yarışından birdəfəlik çəkildi.
26-cı tur
Dinamo M – Zenit 1:1

Qladışev, 41 – Pedro Enrike, 18.
Zenit: Latışonok, Mantuan, Nino, Yerakoviç, Santos, Barrios, Vendel (Yeroxin, 88), Luis Enrike, Qluşenkov (Mostovoy, 63), Pedro Enrike (Qondu, 63), Kassyerra (Sobolev, 77).
Dinamo Mh – Krasnodar 2:3
Hosseynnecad, 25. Zinoviç, 86 – Kobnan, 6. Batçi, 45. Spertsyan, 65.
Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 46), Tormena, Kosta, Olasa, Pina, Çernikov (Krivtsov, 75), Kobnan (Sa, 46), Spertsyan (Kayo, 83), Batçi (Kozlov, 83), Kordoba.
Spartak – ÇSKA 1:2
Barko, 87-p. – Quarirapa, 44. Bistroviç, 89.
Spartak: Maksimenko, Denisov (Zobnin, 46), Duarte, Babiç, Markinyos, Umyarov (İqnatov, 80), Prutsev (Ryabçuk, 64), Bonqonda (Medina, 64), Martins, Barko, Uqalde (Qarsiya, 46).
ÇSKA: Akinfeyev, Qayiç, Roşa, Abdulkadirov, Moyzes, Oblyakov, Kislyak, Fayzullayev (Bistroviç, 72), Koyta (Qlebov, 72), Pyaniç (Jemaletdinov, 89), Quarirapa (Musayev, 80).
Rostov – Lokomotiv 1:1
Şetinin, 23 – Batrakov, 75-p.
Lokomotiv: Mitryuşkin, Silyanov, Nyamsi, Poqostnov, Samoşnikov (Tiknizyan, 46), Barinov, Qodyayev (Karpukas, 46), Rakov, Batrakov (Nenaxov, 88), Pinyayev (Sarveli, 46), Vorobyov (Süleymanov, 63).
Rubin – Fakel 2:1
Bezrukov, 56; 89 – İlyin, 22.
Krılya Sovetov – Orenburq 2:0
Sergeyev, 83-p. Tsıpçenko, 87.
Nijni Novqorod – Axmat 1:0
Boselli, 45+7-p.
Ximki – Akron 2:2
Saviçev, 24-öz qapısına. Vera, 29-p. – Dzyuba, 12. Eskoval, 67.
1. Krasnodar 26 17 7 2 52-20 58
2. Zenit 26 16 6 4 51-17 54
3. ÇSKA 26 15 6 5 41-18 51
4. Spartak 26 15 5 6 49-23 50
5. Dinamo M 26 13 8 5 54-30 47
6. Lokomotiv 26 13 6 7 43-37 45
7. Rubin 26 11 6 9 34-38 39
8. Rostov 26 10 7 9 39-39 37
9. Krılya Sovetov 26 8 6 12 32-40 30
10. Akron 26 8 5 13 33-47 29
11. Dinamo Mh 26 6 9 11 25-31 27
12. Ximki 26 5 9 12 30-47 24
13. Nijni Novqorod 26 6 5 15 20-47 23
14. Axmat 26 4 11 11 23-40 23
15. Orenburq 26 4 5 17 23-48 17
16. Fakel 26 2 9 15 12-39 15
Bombardirlər: Uqalde (Spartak) – 16, Batrakov (Lokomotiv) – 13, Barko (Spartak) – 12.
Növbəti turun oyunları mayın 2-5-i aralığında keçiriləcək: Akron – Dinamo Mh, Axmat – ÇSKA, Krasnodar – Rubin, Ximki – Rostov, Krılya Sovetov – Dinamo M, Lokomotiv – Orenburq, Fakel – Spartak, Zenit – Nijni Novqorod.
Oyundan sonra
Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:

“Çox emosional bir oyun oldu. Oyundan dərhal sonra bu gün başverənlərə qiymət vermək çətindi. Amma cənub derbisində işimizin asan olmayacağını, ikili mübarizələrin sayının çox olacağını bilirdik. İkinci hissədə daha inamlı təsir bağışladıq. 3-cü qolu vurduqdan sonra 3 xal sanki artıq cibimizdəydi. Amma futbolda heç vaxt rahatlaşmaq olmaz. Xırda bir səhv oyunun axarını dəyişdi. Bununla belə, oyunçularım ən xoş sözlərə layiqdi. Özləri problem yaratdılar və özləri də qəhrəmancasına bu problemi yoluna qoydular. Əla xarakter nümayiş etdirdilər. Mövsümün ən vacib qələbələrindən birini qazandıq. Penaltini dəf edərkən belə görünür, qapıçımızın barmağı sındı. Həqiqətən sınıq varsa, durum qəlizdi. “Çempionluq” sözünü dilimizə gətirmək istəmirik. Mövsümün sonuna 4 tur qalıb. Mayda nələr olacağını hamımız görəcəyik”.


Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Çox təəəsüflər olsun, qalib gələ bilmədik. Hesab açılana qədər çox yaxşı oynayırdıq. Meydanda hər kəsin görmək istədiyi bir “Zenit” izləyirdik. Amma qol vurandan sonra geri çəkilməyə başladıq. Oyunda aqressivliyimiz azaldı. Bunun da nəticəsi kimi rəqibə hesabı bərabərləşdirməyə imkan verdik. 1:1-dən sonra oyun intizamımız pozuldu. Taktikanı unudub irəli atıldıq. Amma istədiyimiz fürsətləri yaxalaya bilmədik. Matçın sonlarında həm biz, həm də “Dinamo” qol vura bilərdi. Ona görə də ümumi götürəndə nəticə ədalətli olsa da, turnir cədvəlindəki durumumuzu nəzərə alanda bizim üçün qaneedici deyil. “Zenit” liderlərindən çox asılı olan komandadı. Onlar parlaq oynadıqda qol fürsətlərimiz çox olur. Onların oyunu alınmayandan komanda da zəif təsir bağışlayır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri