Bolsonaro həbs edildi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaro paytaxt Braziliyadakı villasında federal polis tərəfindən həbs olunub.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, Ali Məhkəmənin tələbi ilə verilən profilaktik həbs orderi əsasında siyasətçi prezident sarayından təxminən 7 mil uzaqlıqda yerləşən polis bazasına aparılıb.
Həbsin səbəbi rəsmi olaraq açıqlanmasa da, yerli mənbələr bunun ictimai asayişin təminatı məqsədi daşıdığını bildirir. Bolsonaronun vəkili Celso Vilardi səbəbdən xəbərsiz olduqlarını deyib.
Sentyabrda Bolsonaro 2022-ci il seçkilərinin qalibi Luiz İnasiu Lula da Silvanın hakimiyyətə gəlməsini əngəlləmək üçün çevriliş planlaşdırmaqda təqsirli bilinərək, 27 il 3 ay həbs cəzasına məhkum edilsə də, həmin hökm üzrə hələlik real həbs qərarı verilməyib. Onun son saxlanılması da bu ittihamla birbaşa bağlı deyil.
Hadisədən əvvəl tərəfdarları Bolsonaronun ev dustaqlığında yaşadığı kompleksin qarşısında “gecə aksiyası” planlaşdırırdılar. Oğlu Flavio Bolsonaro tərəfdarları “mübarizəyə qoşulmağa” çağırmışdı.
Lula tərəfdarları isə həbsin ədalət üçün mühüm addım olduğunu bildiriblər. İşçi Partiyasının deputatı Reimont Otoni “cinayətin cəzasız qalmayacağı” mesajının verildiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 22 Noyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















