Flik “Barselona”nın böyükhesablı qələbəsindən danışdı: əsas hədəf titullardır
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının doqquzuncu turunda “Betis” üzərində 5:2 hesablı qələbəni şərh edib.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandasının hücumdakı çıxışından razı qaldığını, lakin qarşılaşmanın asan keçmədiyini bildirib.
“Düşünürəm ki, hücumda özümüzü yaxşı göstərdik, yüksək intensivliklə oynadıq. Bu, asan matç deyildi. Biz çox yüksək səviyyədə çıxış edirik. “Betis” möhtəşəm oynadı. Hesab edirəm ki, bu qələbəyə layiq idik. Çox yaxşı oyun nümayiş etdirdik, təşəbbüs bizim tərəfimizdə idi. Futbolçularımdan razıyam, onlar inanılmaz iş gördülər.
La Liqada ardıcıl doqquz qələbə qazanmağımız möhtəşəmdir. Bu, çox yaxşıdır, amma bizim əsl istədiyimiz titullar və böyük nailiyyətlərdir”, - deyə Flik vurğulayıb.
Qeyd edək ki, “Barselona” səfərdə “Betis”i 5:2 hesabı ilə məğlub edərək La Liqada qələbə seriyasını doqquz oyuna çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 18 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















