Icma.az
close
up
RU
Qərbi Azərbaycanda tarixi abidələrimiz Salsal qalası

Qərbi Azərbaycanda tarixi abidələrimiz Salsal qalası

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.

Bakı, 11 noyabr, AZƏRTAC

Salsal -Dərələyəz mahalının Ələyəz kəndi yaxınlığında, Ələyəz çayının sağ, Erdəpin çayının isə sol sahilində, Ələyəz və Erdəpin kəndlərinin əhatəsində yerləşən, Qabaqtəpə (Sal) dağının sıldırım qayaları üzərində, dəniz səviyyəsindən 2 min metr yüksəklikdə salınmış qədim türk qalasıdır. Dərələyəz mahalı 1931-ci ildən Keşişkənd, 1935-ci ildən Mikoyan, 1957-ci ildən isə Yeğeqnadzor rayonu adlandırılıb.

Qalanın XII əsrdə inşa edildiyi və türksoylu Orbelianlar nəslinin iqamətgahı olduğu ehtimal edilir. Bunu əsas götürən ermənilər qalanın adını erməniləşdirərək həmin nəsildən olan, şahzadə Smbatın (hakimiyyət illəri: 1251-1273) adı ilə “Smbat qalası” anlamı verən Smbataberd qoymuşlar. Hətta bəzi erməni alimləri belə (məsələn, Gevond Alişan) bu uydurma ilə razılaşmır, bu adı tamamilə folklor mənşəli hesab edirdi.

Qala divarlarının uzunluğu təqribən 5 km, eni 2-3 metr, divar boyu uzanan yarımdairəvi qüllələrinin hündürüyü 8-10 metr olmaqla iki giriş qapısından (Ələyəz və Erdəpin qəsəbələri istiqamətlərində) və Həsənkənd istiqamətində divarın özülündən gizli bir çıxış qapısından ibarətdir. Qalanın daxili sahəsi təqribən 15-20 hektar ərazini əhatə edir. Qalanın sağ tərəfində 30, sol tərəfində 20 evin xarabalıqları qalmaqdadır. Ev-otaqların damı gümbəz formasında olub.

Ermənistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2011-ci ildə Salsal qalasının bərpa işlərinə başlanılıb, lakin bərpa prosesində yeni tikililərin izləri tapıldığından iş dayandırılıb və 1918-ci ildə ərazi qoruq elan edilib. Erməni tərəfin tapılan yeni tikililərin izləri barədə susmaları isə şübhəsiz ki, ciddi suallar doğurur.

Salsal qalasının yerləşdiyi ərazilərdə qədimdən azərbaycanlılar yaşayıb, qalanın yaxınlığındakı Erdəpin kəndinə ilk ermənilər (38 ailədə 172 nəfər) və Ələyəz kəndinə ilk ermənilər (11 ailədə 58 nəfər) 1828-1829-cu illərdə İrandan köçürülüb gətiriliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri