Flik “Qalatasaray” azarkeşlərindən danışdı
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Barselona”nın baş məşqçisi Hans Diter Flik UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qalatasaray”la keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
QOL.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis qarşılaşma öncəsi açıqlamasında İstanbul təmsilçisinin azarkeşlərinin yaratdığı atmosferə diqqət çəkib:
"Qarşıdakı oyunun atmosferinə hazır olmalıyıq. Buradakı ab-hava dünyanın ən təsirli atmosferlərindən biridir. Bu, inanılmazdır. Stadionun səsi möhtəşəmdir. Rəqibimiz güclü komandalarla oyunlarda daha yaxşı çıxış etməyə başlayıb. Biz birlikdə olmalı və komanda birliyini qorumalıyıq".
Baş məşqçi oyunun favoriti hesab olunmaqlarının əlavə təzyiq yaratmasını bu cür dəyərləndirib:
"Həmişə məşqlərimizdən razı olduğumu deyirəm. Amma hər oyun fərqlidir. Sabah bizi çətin qarşılaşma gözləyir. Burada oynamaq imtiyazdır, lakin futbolda hər şey dəyişə bilər. Oyuna hazırıq".
Qeyd edək ki, “Qalatasaray” - “Barselona” oyunu oktyabrın 13-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Oktyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















