Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkəsində məlumat yayıb.
"Bu gün Floridada davam edən vasitəçilik səyləri çərçivəsində konstruktiv görüşlər keçirilib. Danışıqlar hərtərəfli sülh sazişinin bağlanmasına yaxınlaşmaq məqsədilə həll olunmamış məsələlərin nizamlanmasına yönəlib", - o qeyd edib.
Uitkoffun sözlərinə görə, nümayəndə heyətinə ondan başqa prezidentin kürəkəni Cared Kuşner, Ağ Evin baş məsləhətçisi Coş Qruenbaum, həmçinin ABŞ Dövlət Departamentinin baş siyasi məsləhətçisi Kris Karran daxil olub.
"Biz həll olunmamış məsələlərin həlli məqsədilə qarşılıqlı fəaliyyətin davam etdirilməsini alqışlayırıq", - Uitkoff əlavə edib.
Daha əvvəl Mayamidə planlaşdırılan danışıqlar barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat vermişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 22 Mart 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















