Xəbərdarlıq Avropada verilir: Qiymətlər Bakıda bahalaşır?
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Dünyanın müxtəlif qitələrində yerləşən 33 ölkənin hökuməti vətəndaşlara fövqəladə hallara hazırlıq məqsədilə evlərində ərzaq, içməli su və digər zəruri vasitələrdən ibarət ehtiyat saxlamağı tövsiyə edir.
Bu çağırışlar ABŞ-dən Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər geniş coğrafiyanı əhatə edir.
Siyahıda Avropanın 17 ölkəsi, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç, Finlandiya və Polşa yer alır. Şimali Amerikadan ABŞ, Kanada və Meksika, Cənubi Amerikadan isə Çili, Kolumbiya, Argentina və Braziliya da bu ölkələr sırasındadır.
Artıq Azərbaycanda da bəzi vətəndaşlar hazırlıq məqsədilə evlərində ərzaq ehtiyatı toplamağa başlayıblar. Adətən belə olan halda, süni qiymət artımı baş verir.
Maraqlıdır, marketlərdə ərzaq qiymətləri yenidən arta bilər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əslində bu ajiotajın yaranmasını çox da məntiqli hesab etmir:
“Çünki zaman-zaman dünyada belə çağırışlar, təhlükəli anlar haqqında məlumatlar olub və bununla bağlı ajiotaj yaranıb. Məsələn, bəzi Avropa ölkələrində indi ərzaq tapılmır, mağazaları “silib-süpürüblər”.
Bu ajiotajın yaranmasını da doğru saymıram, ancaq təhlükələr var. Vəziyyət İran ətrafında düyün nöqtəsinə gəlib çatıb. İndi o düyünün necə açılacağı bilinmir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi şiddətlənib. Bu nöqteyi-nəzərdən müəyyən təhlükələr var. Onsuzda qiymət artımının baş verməsi də müharibələrlə bağlıdır.
Enerji daşıyıcılarının qiyməti artır, logistika bahalaşır, yol xərcləri yüksəlir və nəticə etibarilə hamı, o cümlədən Azərbaycan da ziyan görür.
Azərbaycan da idxaldan asılı ölkə olduğuna görə, istər-istəməz dünyada baş verən proseslərdən ciddi şəkildə zərər görən ölkələr sırasına daxildir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: qiymət Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 Noyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















