Icma.az
close
up
RU
“Fobiya” sərgisi gizli qorxulara bədii cəhətdən nəzər salır

“Fobiya” sərgisi gizli qorxulara bədii cəhətdən nəzər salır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "Fobiya" adlı qrup sərgisi açılıb. Layihə “Karvan” incəsənət qrupu tərəfindən təqdim olunur.

AZƏRTAC xəbər verir ki, “Fobiya” sərgisi insanın qorxu ilə qarşılaşdığı anları incəsənət vasitəsilə araşdırır. Hər bir rəssam bəzən real, bəzən xəyali olmaqla öz fobiyasını özünəməxsus üslubda ifadə edir. İnsan psixikasının qaranlıq tərəflərinə poetik və rəmzi bir perspektiv təqdim edən bu sərgi ziyarətçiləri öz daxili qorxuları üzərində düşünməyə və onları anlamağa dəvət edir. “Fobiya” sərgisi həm fərdi emosiyaların, həm də kollektiv həyəcanların bədii ifadəsidir.

Sərgidə rəssamlar Cavid Məmmədov, Ülviyyə Həmzəyeva, Teymur Qəribov, Rauf Şamilzadə, Ülvi Yadigarlı, Murad Zeynal, Məhərrəm Əli, İlqar Tahirli, Hüseyn Kəngərli, Röya Həsən, Vəfa Vəliyeva, Aynurə Mustafayeva, Günay Bəylərova və Vüsalə Şərifovanın əsərləri nümayiş etdirilir.

Sərgi iştirakçılarından biri olan rəssam Röya Həsən AZƏRTAC-ın müxbiri ilə müsahibəsində layihənin məqsədlərindən danışıb.

“Bu sərgidə hər birimiz daxili səsimizi boya vasitəsilə ifadə etdik. Qrup sərgimizin mövzusu dərin psixoloji təbəqəyə malikdir. “Fobiya” insanın daxili dünyasının sükutunda, şüuraltında gizlənmiş görünməz qorxulara, narahatlıqlara və emosiyalara bədii baxışdır. Layihənin əsas məqsədi bu qorxuları vizual dil vasitəsilə ifadə etməklə cəmiyyətə, xüsusən də gənclərə mesaj çatdırmaqdır. Qorxularımızdan qaçmamalıyıq, əksinə, onları qəbul etməli və incəsənət vasitəsilə köklərinə işıq salmalıyıq. Bu sərgidə əsərlərimi təqdim etdim: “Bu səs... məni dəli edir!”, “Kifayət qədər hava almıram! Boğuluram!” və “İlahi işıqdan qorxma! Ona etibar edin”. Hər bir əsər sərgiyə gələnlərə yalnız qorxunu deyil, həm də onun altında yatan insani hissləri - sevilmək, qorunmaq, yaşamaq, etibar etmək, azad olmaq arzusunu göstərir. “Fobiya” sərgisi cəmiyyətin psixoloji vəziyyətinə və gənclərin daxili narahatlıqlarına bədii cavab olaraq yarandı. Bu layihə izləyicini sərginin bir hissəsinə - sadəcə bir tamaşaçıya deyil, həm də öz daxili qorxularının şahidini çevirir”, -deyə rəssam qeyd edib.

Sərgi noyabrın 17-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri