Icma.az
close
up
RU
Sosial fobiya. Mən insanlardan qorxuram

Sosial fobiya. Mən insanlardan qorxuram

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial fobiya cəmiyyət arasında danışarkən, oturarkən, hər hansı işlə məşğul olarkən, sosial fəaliyyət zamanı ortaya çıxan, nevrotik xəstəliklər qrupuna aid olunan psixoloji problemdir.

Qeyd olunan narahatlıqlar yalnız sosial mühitdə yaşanır. Məsələn: evdə tək olanda rahat şəkildə telefonda danışan biri, cəmiyyət arasında telefonda danışa bilmir və təşviş keçirir. Bu hallar artdıqca mühitdən uzaqlaşır və tamamilə özünə qapanır.

Sosial fobiyalı insanlar bu hissləri keçirməmək üçün müxtəlif müdafiə mexanizmlərindən istifadə edir: mühitdən uzaqlaşma, sosial ünsiyyət defisiti, göz kontaktından qaçma, xəyal qurma, alkoqol asılılıq və insanlara qarşı laqeydlik.

Simptomları (əlamətləri):

Sosial fobiyanın əlamətləri fiziki, koqnitiv (zehni) və bihevioral (davranış) olmaqla üç kateqoriyaya bölünür:

1. Fizioloji simptomlar

- Üzün qızarması

- Tərləmə

- Ağızda quruluq

- Ürək döyüntüsünün artması

- Təngnəfəslik

- Titrəmə

2. Zehni (koqnitiv) simptomlar

- Çirkinəm, bəyənilmirəm kimi düşüncələr

- Sevilmədiyini və gücsüz olduğunu ifadə edən düşüncələr

- “Mükəmməl olmalıyam, səhvlərim olmamalıdı”

- “Narahatlığımı bildirməməliyəm”

- “Rahat olmalıyam”

- “Hamı məni bəyənməlidir”

3. Bihevioral (davranış) simptomlar

- Qorxduğu yerə getməmək və ya həmin yeri tərk etmək

- Göz kontaktı qurmamaq

- Mənasız düşüncələr

- Xəyal qurmaq

- Mövzunu dəyişdirmək

- Alkoqol istifadəsi

Sosial fobiyalı insanlar yaşadıqları narahatlıqlara görə bir çox işlərlə məşğul ola bilmirlər və zaman keçdikcə insanlarla ünsiyyətdə çox ciddi çətinliklər yaşayırlar.

Səbəbləri:

Problemin yaranmasında psixososial faktorların təsiri olduqca yüksəkdir. Bu kateqoriyaya həmin insanın ailəsi, ətrafı və dostları aid olunur. Ailə sosial fobik insanın təhsilində ən əhəmiyyətli rol oynayan ünsürdür.

Şəxsiyyət əksər hallarda 0-6 yaş arasındə ailədən aldığı tərbiyə üsuluna görə formalaşır, fərdin sosial proseslər qarşısındakı davranışı ailədən əldə etdiyi təcrübələrə əsasən dəyişir. Tədqiqatlarda qatı, nəzarətçi, mükəmməliyyətçi, tabulara həssas yanaşan, sosial münasibət sevməyən və özünüqiymətləndirmə ilə bağlı hədsiz avtoritarlıq göstərən ailələrdə böyüyən uşaqlarda sosial fobiya riskinin daha yüksək olduğu göstərilir. Belə ailələrdə böyüyən uşaqlarla əsasən ailə üzvləri ilə ünsiyyət yaradılmır və ya uşaq özünü ifadə etmək istədikdə sərt reaksiya ilə qarşılaşır. Həmçinin bu tip ailələrdə cəmiyyətin onlar haqqında fikirləri, nə düşündükləri böyük əhəmiyyət kəsb edir. Ailə üzvləri üzərində sosial təzyiq yüksəkdir.

Sosial fobiyası olan insanların düşüncə strukturlarına nəzər yetirdikdə bəzi xüsusiyyətlər ortaya çıxır:

- Özləri ilə bağlı dəyərsiz cümlələr qururlar

- Hər şeyin mükəmməl olmasını istəyirlər; mükəmməllik başqaları tərəfindən sevilmək üçün lazım olan haldır

- Gördükləri işlərlə bağlı danışarkən daha çox neqativ hissələrə köklənirlər

- İnsanlar münasibətlə ilə bağlı xatirələri əksər hallarda mənfi istiqamətdədir

- Sosial mühitdə olan insanların onlar haqqında mənfi düşüncəyə sahib olduqları fikrindədirlər

- İnsanlar arasında alçaldılmaqdan, yumor obyekti olmaqdan qorxurlar.

- Başqaları onları incitməsin deyə hər şeyi nəzarətdə saxlamağı düşünürlər, lakin daxili həyəcanlarına nəzarət etmədikləri üçün özgüvənləri yoxdur

Terapiyası:

Adətən bu tip insanlar psixoloqa müraciət etməkdə müəyyən çətinliklər, tərəddüdlər yaşasalar da tez bir zamanda müsbət nəticə əldə edə bilirlər. Əsasən koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloq duyğu və düşüncə üzərində fokuslanır. Çox ağır formalarında farmakoterapiya tətbiq oluna bilər.

Elnur Rüstəmov -  Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

Nərmin Quliyeva – Xəzər Universitetinin Psixologiya fakültəsinin tələbəsi

Pcc.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri