Icma.az
close
up
RU
Folklor İnstitutunun elmi fəaliyyəti 2025 ci ildə yeni mərhələyə yüksəlib

Folklor İnstitutunun elmi fəaliyyəti 2025 ci ildə yeni mərhələyə yüksəlib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabata həsr olunmuş Elmi şuranın iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, hesabatı təqdim edən direktor filologiya elmləri doktoru Hikmət Quliyev cari ildə Folklor İnstitutunda 12 elmi şöbə tərəfindən 4 problem istiqaməti üzrə 9 mövzunu əhatə edən 63 tədqiqat işinin yerinə yetirildiyini bildirib.

Eyni zamanda, direktor qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında” Fərmanına uyğun olaraq, AMEA Rəyasət Heyətinin qərarı ilə Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb. İnstitutda multidisiplinar elmi tədqiqatlar aparılıb, “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda dissertasiyanın müdafiəsi əsasında elmlər doktoru diplomu alınıb, “Elektron informasiya mədəniyyəti kontekstində xalq deyimləri” mövzusunda fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

Folklor İnstitutu Qarabağın və Şərqi Zəngəzurun qeyri-maddi mədəni irsinin toplanması, tədqiqi və nəşri sahəsində mühüm işlər həyata keçirib. “Zəngəzur folkloru: poetik sözdən sosial mənaya”, “Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri”, Salman Mümtazın “Aşıq Abdulla” kitabları nəşr olunub.

Son illərdə institutun ən mühüm fəaliyyət istiqamətlərindən biri də Qərbi Azərbaycan folklorunun toplanması və təhlilinə dair aparılan genişmiqyaslı tədqiqatlar olub. Respublikanın müxtəlif bölgələrində yaşayan Qərbi azərbaycanlılardan çoxsaylı folklor nümunələri toplanaraq “Qərbi Azərbaycan folkloru” seriyasının 5 və 6-cı cildləri nəşr olunub.

Hikmət Quliyev, həmçinin Türk dünyası ilə əlaqələrin gücləndirilməsi və beynəlxalq elmi tədbirlərin keçirilməsinin institutun prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Xatırladıb ki, Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu, Urgənc Dövlət Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlığa dair memorandumlar imzalanıb.

Direktor bildirib ki, bu il Folklor İnstitutu əməkdaşlarının 31-i monoqrafiya olmaqla 51 kitabı (o cümlədən 14-ü xaricdə) nəşr edilib. Ümumilikdə, 2025-ci ildə Folklor İnstitutu əməkdaşlarının ölkədən xaricdə 45, ümumilikdə isə 260 elmi məqaləsi çap olunub. Cari ildə 151 yeni məqalə elmmetrik bazalarda dərc edilib, institutun elmi işlərinə 3632, cari ildə isə 375 istinad olunub.

Daha sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Folklor İnstitutunun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı barədə çıxış edib. Alim Folklor İnstitutunun son bir ildə əldə etdiyi nailiyyətləri vurğulayıb. O, institutun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndirib.

AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Mahmud Folklor İnstitutunun Akademiyanın institutları sırasında yüksək elmi potensiala malik aparıcı elmi müəssisələrdən biri kimi seçildiyini vurğulayıb. O, bu potensialın yalnız kəmiyyət göstəriciləri ilə deyil, eyni zamanda, elmi fəaliyyətin keyfiyyəti ilə təsdiqləndiyini qeyd edib.

Dosent Aynur Mahmud AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən islahatlar çərçivəsində rəqəmsallaşma, süni intellektin tətbiqi və elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə toxunaraq, bu sahədə Folklor İnstitutunda aparılan tədbirləri müsbət dəyərləndirib. O, təqdim olunan illik hesabatı qənaətbəxş hesab etdiyini və institutun fəaliyyətində düzgün strateji istiqamətin seçildiyini vurğulayıb.

Daha sonra Folklor İnstitutunun Elmi şurasının üzvü, filologiya elmləri doktoru Səfa Qarayev çıxış edərək institutun illik hesabatında konseptual və metodoloji baxımdan əhəmiyyət kəsb edən məsələlərin xüsusi diqqət çəkdiyini bildirib. O, dövlətimizin başçısının imzaladığı sərəncamların icrası, eləcə də AMEA Rəyasət Heyəti tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində institutda sistemli, ardıcıl və hərtərəfli fəaliyyətin aparıldığını vurğulayıb, bu istiqamətdə görülən işlərin hesabatda dolğun və aydın şəkildə əks olunduğunu qeyd edib.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən, gələn il 100 illiyi qeyd olunacaq Birinci Türkoloji Qurultayla bağlı danışan Səfa Qarayev uzun müddət bu sahədəki tədqiqatların əsasən dilçilik müstəvisində cəmləşdiyini xatırladaraq, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin bu araşdırmaların müxtəlif elmi istiqamətlər üzrə genişləndirilməsinə dair çağırışını diqqətə çatdırıb. O, bu çağırışa operativ və məzmunlu şəkildə cavab verən elmi müəssisələrdən birinin məhz Folklor İnstitutu olduğunu məmnunluqla qeyd edib. Alim qeyd edib ki, Folklor İnstitutunda türkoloji folklorşünaslıqla bağlı aparılan müzakirə və seminarlar, eləcə də 2026-cı il üçün planlaşdırılan konfrans bu sahədə mühüm addımlardan biri olacaq. Onun yanaşmasına görə, türkoloji folklorşünaslıq platforması yalnız ortaq folklor materiallarına deyil, həm də türk xalqlarının folklorundakı fərqlərə də ehtiva etməlidir. Belə ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər dövlətlərdə müəyyən sosial qrupların folkloru həmin qrupun sosiodinamik inkişafı kontekstində tədqiq edilməlidir. Ümumilikdə, təqdim olunan illik hesabatı qənaətbəxş hesab etdiyini qeyd edən Səfa Qarayev institutun fəaliyyətinə uğurlar arzulayıb.

Daha sonra Füzuli Bayat çıxış edərək nüfuzlu beynəlxalq elmi bazalarda indekslənən jurnallarda məqalə nəşri ilə bağlı rast gəlinən bir sıra maneələrə toxunub. O, bu çətinliklərin əsasən tərcümə məsələləri, texniki tələblər və müəyyən dərəcədə bu proses üçün tələb olunan maliyyə resursları ilə bağlı olduğunu qeyd edərək, institutda aparılan elmi araşdırmaların intellektual səviyyəsinin yüksək olmasına baxmayaraq, mövcud amillərin beynəlxalq nəşr imkanlarını məhdudlaşdırdığını vurğulayıb.

Alim çıxış yolu kimi AMEA Folklor İnstitutunun elmi jurnallarının nüfuzlu beynəlxalq elmi bazaların tələbləri səviyyəsinə çatdırılmasının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu istiqamətdə atılacaq məqsədyönlü addımlar beynəlxalq elmi platformalarda mövcud olan institusional və texniki maneələrin aradan qaldırılmasına, eyni zamanda institutun beynəlxalq elmi mühitdə təmsilçiliyinin və tanınmasının əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradacaq.

Daha sonra hesabat ətrafında müzakirələrə münasibət bildirən filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov Azərbaycan folklorunun xarici dillərdə təbliğinə və çap olunmasına xüsusi diqqət yetirilməsini təklif edib. O, bu işin həm elmi, həm də mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova institutda həyata keçirilən bir sıra işlərdən, o cümlədən folklorun toplanılması, sistemləşdirilməsi və nəşri məsələlərindən danışıb. O, 2025-ci ildə xüsusilə Qərbi Azərbaycan folklorunun toplanmasının bu istiqamətdəki ən vacib fəaliyyətlərdən biri olduğunu qeyd edib. Həmçinin o, əski əlifba ilə yazılmış və bu günün oxucusu üçün o qədər də əlçatan olmayan folklor mətnlərinin nəşri – “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasının əhəmiyyəti barədə danışıb.

Dosent Afaq Ramazanova, eyni zamanda, Azərbaycan folklor mətnlərinin tərcümə məsələlərinə toxunub. O, SMOMPK məcmuəsindəki Azərbaycan folklor nümunələrinin Folklor İnstitutu tərəfindən 4 cilddə nəşrini qeyd edib. Bununla yanaşı, azsaylı xalqların folkloru üzrə 7 cildin nəşr edildiyini də diqqətə çatdırıb.

İclasda, həmçinin AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi konfransına hazırlığın vəziyyəti barədə məlumat verilib.

-1 / 8

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see263

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see219

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see209

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see154

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see140

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see135

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see129

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see128

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see124

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri