Icma.az
close
up
RU
Folklor İnstitutunun Elmi şurasında mühüm məsələlər müzakirə olunub

Folklor İnstitutunun Elmi şurasında mühüm məsələlər müzakirə olunub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 oktyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclasında bir sıra mühüm elmi və elmi-təşkilati məsələlər müzakirə edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, toplantıda folklorşünaslıq ixtisası üzrə doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, beynəlxalq elmi əməkdaşlıq sahəsində görülən işlər, həmçinin vakant vəzifələrə seçkilərlə bağlı qərarlar qəbul olunub. İclasda institut rəhbərliyi, Şura üzvləri və gündəlikdəki məsələlərlə əlaqədar şəxslər iştirak ediblər.

İclası açan institutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Folklor bu elmi müəssisənin son dövrlərdə fəal iştirak etdiyi elmi və mədəni tədbirlər barədə məlumat verib. Alim, xüsusilə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA tərəfindən təşkil olunan “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir barədə danışaraq qeyd edib ki, Folklor İnstitutu sərgidə Qarabağ, Qərbi Azərbaycan və Zəngəzur folkloruna həsr edilmiş 30-dan çox nəşr təqdim edib.

Hikmət Quliyev, həmçinin institutun həmtəşkilatçılığı ilə keçirilən “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” adlı beynəlxalq elmi simpozium haqqında məlumat verib. O bildirib ki, AMEA Rəyasət Heyətinin qərarına əsasən, simpozium materiallarının nəşri nəzərdə tutulur.

Daha sonra Türk xalqları folkloru şöbəsinin müdiri professor Əfzələddin Əsgər “Azərbaycan folklorşünaslığının müasir problemləri” mövzusunda məruzə ilə çıxış edib. O, folklorun toplanması, sistemləşdirilməsi, nəşri, kataloqlaşdırılması və arxivləşdirilməsi məsələləri üzərində dayanaraq qeyd edib ki, folklor tədqiqatlarının keyfiyyəti ilk növbədə xalq yaradıcılığı nümunələrinin akademik prinsiplər əsasında toplanması və nəşrindən asılıdır.

Professor, həmçinin nəzəri və təcrübi biliklərin vəhdətinin vacibliyini vurğulayıb, son illərdə nəşr edilən folklor örnəklərinin elmi tədqiqatlarda və dissertasiya işlərində yetərincə istifadə olunmadığını qeyd edib. O, yüksəkixtisaslı kadr hazırlığında keyfiyyətin artırılmasının və tədqiqat mövzularında aktual problemlərə diqqətin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Məruzə ətrafında filologiya elmləri doktoru Səfa Qarayev və professor Füzuli Bayat çıxış edərək, mövzunun aktuallığını qeyd edib və folklorşünaslığın müasir problemlərinin davamlı şəkildə müzakirə olunmasının, nəzəri-metodoloji yanaşmaların inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

İclasda, həmçinin bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. İnstitutun direktoru Hikmət Quliyev Qazaxıstanın Qızılorda şəhərində keçirilmiş “Dədə Qorqud mirası: Türk dünyasının ortaq epik dəyərləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirakı barədə məlumat verib. O, tədbir çərçivəsində AMEA Folklor İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlıq haqqında Memorandumun imzalandığını diqqətə çatdırıb.

Elmi şuranın iclasında 2025-ci ildə Folklor İnstitutunun doktoranturasına qəbul olunmuş doktorantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi məsələsinə də baxılıb. Hikmət Quliyev bildirib ki, mövzuların seçilməsində AMEA-da həyata keçirilən islahatlar, ölkənin mədəni-mənəvi inkişaf prioritetləri və müasir elmi çağırışlar nəzərə alınıb. Bu il dissertasiya mövzularında sosial-antropoloji yanaşmalara və əsaslı yanaşma üzrə problemlərə üstünlük verildiyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri