Icma.az
close
up
RU
Folklor İnstitutunun direktoru Qazaxıstanda beynəlxalq konfransda çıxış edib

Folklor İnstitutunun direktoru Qazaxıstanda beynəlxalq konfransda çıxış edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Qazaxıstanın Qızılorda şəhərində “Dədə Qorqud mirası: Türk dünyasının ortaq epik dəyərləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda Vilayəti Qubernatorluğunun birgə təşkil etdiyi “Dədə Qorqud və Böyük Çölün təranələri” adlı beynəlxalq folklor-musiqi festivalı çərçivəsində keçirilib. Konfransda Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türk xalqlarını təmsil edən alimlər və mədəniyyət xadimləri iştirak ediblər.

Beynəlxalq konfransda Hikmət Quliyev “Müdrik Qoca arxetipi kontekstində Dədə Qorqud obrazı” mövzusunda məruzə ilə çıxış edib. Alim arxetiplər nəzəriyyəsi çərçivəsində Dədə Qorqudun psixosemantik mahiyyətini təhlil edərək, onun ağsaqqal, bilici, şaman və digər statuslarının semantik mərkəzinin müdriklik və qəhrəmanlıq olduğunu vurğulayıb. Məruzədə eposda müdrikliyin yalnız Dədə Qorqudun birbaşa iştirakı ilə deyil, həm də müdriklik və ağsaqqallığın semiotik işarələri vasitəsilə ifadə olunduğu göstərilib. Bildirilib ki, xüsusilə övladsızlıq, təcrid, advermə və başqa situasiyalarda ortaya çıxan Dədə Qorqud obrazı K.Q.Yunqun terminologiyası ilə desək, “şüurun özünə çıxış yolu axtarması” - Müdrik qoca arxetipinin aktuallaşması şəklində eposda öz əksini tapıb. Odur ki, Dədə Qorqud Azərbaycan və ümumtürk mədəniyyətində “Müdrik qoca arxetipi”nin ən dolğun metaforik-simvolik təcəssümüdür. Bu arxetip mikrokosmik və makrokosmik səviyyədə aktuallaşır: mikrokosmik səviyyədə fərdin özünü dərk etməsi və cəmiyyətə inteqrasiyasının simvolu kimi çıxış edir, makrokosmik səviyyədə isə Oğuz toplumunun mənəvi və sosial nizamını qoruyur, davranış prinsiplərini formalaşdırır, daxili qarşı¬dur¬maları aradan qaldırır və etnosun sabitliyini təmin edir.

Hikmət Quliyev, həmçinin vurğulayıb ki, Dədə Qorqudun alqış və qarğışı müqəddəslik, ağ saç-saqqalı və qopuzu isə müdriklik rəmzi kimi çıxış edir. Onun sözlərinə görə, Dədə Qorqud həm fərdi, həm də ictimai səviyyədə mənəvi bütövlüyün qoruyucusu funksiyasını daşıyır və eposdakı ifadələr Oğuz etnososial yaşam modelinin Dədə Qorqud tərəfindən müəyyənləşdirilmiş prinsiplərini əks etdirir.

Alim yekun olaraq qeyd edib ki, Dədə Qorqud obrazı ümumtürk mədəniyyəti kontekstində müdriklik, kollektiv yaddaş və mənəvi nizamın ən parlaq təcəssümüdür. Bu obraz Azərbaycan etnomədəni düşüncəsində müdriklik konseptinin daşıyıcısı kimi milli kimliyin dərin qatlarında öz əksini tapır. Dədə Qorqud Müdrik Qoca arxetipinin metaforik-simvolik təzahürü olmaqla, həm fərdi, həm də ictimai səviyyədə mənəvi bütövlüyün qorunmasına xidmət edir. Hazırkı qloballaşma və rəqəmsal transformasiya dövründə Dədə Qorqudun ümumtürk mədəni yaddaşını birləşdirən və nəsillərarası mənəvi varisliyi təmin edən simvolik fiqur kimi əhəmiyyəti daha da artır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri