Icma.az
close
up
RU
Folklorşünas alimin yeni elmi ədəbi toplusu çapdan çıxıb

Folklorşünas alimin yeni elmi ədəbi toplusu çapdan çıxıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 sentyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Kəlmələrin yolçuluğu: ön sözlərdən elmə, şeirdən romana” adlı yeni kitabı nəşr olunub.

İnistitutdan AZƏRTAC-a bildirlib ki, topluda müəllifin müxtəlif illərdə qələmə aldığı elmi, ədəbi-tənqidi və analitik yazılar, eləcə də ayrı-ayrı nəşrlərə yazılmış ön sözlər bir araya gətirilib. Toplu yalnız müxtəlif mətnlərin antologiya prinsipi əsasında bir araya gətirilməsi deyil, müxtəlif ədəbi, elmi və estetik kontekstlərdə formalaşmış düşüncə sisteminin ardıcıl şəkildə təqdim olunması kimi səciyyələndirilir. Yazılar xronoloji ardıcıllıqla təqdim edilərək müəllifin uzun illər ərzində formalaşan intellektual axtarışlarının, estetik yanaşmalarının və poetik təhlil metodologiyasının inkişaf xəttini izləməyə imkan verir. Nəşrdə Şah İsmayıl Xətainin çoxşaxəli irsi, Rəsul Rzanın poeziyası, Anarın nəsrində ölüm və ekzistensial tənhalıq, dünyanın dərkinin poetik formaları, Arif Fərzəlinin və Vahid Əzizin yaradıcılığı, o cümlədən Vahid Əzizin şeirlərində Qarabağ müharibəsi kimi mövzular araşdırılır. Kitabda, həmçinin ocaq kultunun dini-təsəvvüfi əsasları, Dədə Qorqud ənənəsinin müasir ədəbiyyatda təzahürləri, Süleyman Əlisanın yaradıcılığı, Nurəddin Ədiloğlunun “Taxt və Tabut” romanı, müasir eşq dastanları və türk xalqları folklorunun tarixi-müqayisəli mənzərəsi kimi məsələlərə geniş yer verilir. Kitabda poeziyanın estetik və semiotik imkanlarından folklorun struktur-semantik xüsusiyyətlərinə, kollektiv yaddaşdan mifoloji və dini-təsəvvüfi düşüncə qatlarına qədər müxtəlif istiqamətlər bir-biri ilə əlaqəli şəkildə təhlil edilir. Müəllif poetik mətnləri yalnız ədəbi nümunə kimi deyil, həm də onların arxasında dayanan semiotik, hermenevtik, estetik və sosial-mədəni prinsiplər kontekstində nəzərdən keçirir.

Nəşrin diqqətçəkən cəhətlərindən biri də bəzi yazıların ilk dəfə çap olunmasıdır. Anarın ölüm mövzusu ətrafında qurulmuş ekzistensial hekayələrinə həsr olunmuş təhlil, Kamal Abdullanın əsərlərindən biri ilə bağlı hazırlanmış, lakin müzakirə mərhələsində səsləndirilməmiş məqalə, həmçinin Tahir Orucovun “Xalq oyunları: poetikası və mətnləri” araşdırması üçün yazılmış elmi məqalə ilk dəfə bu kitabda oxuculara təqdim edilir. “Kəlmələrin Yolçuluğu” adı kitabın əsas konseptual xəttini də ifadə edir. Müəllifin yanaşmasına görə, kəlmə ön sözlərdən elmi təhlillərə, şeirdən hekayə və roman nəzəriyyəsinə qədər uzanan intellektual yol keçərək müxtəlif diskurslar arasında əlaqə yaradır. Kitab ədəbiyyatşünaslıq, folklorşünaslıq və humanitar elmlərin digər istiqamətləri üzrə araşdırma aparan mütəxəssislər, tədqiqatçılar, ali məktəb müəllimləri, tələbələr, eləcə də Azərbaycan ədəbiyyatı və folkloru ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Müxbir - Tünzalə Arazlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri