Icma.az
close
up
RU
“Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb

“Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun (Yurdoğlu) müəllifi olduğu “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiyası çap olunub. 

525.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa tövsiyə olunan 304 səhifəlik nəşrin elmi redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri Leyla Məmmədova, rəyçiləri filologiya elmləri doktoru Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayeva və filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Əsədovadır.   

 “Naxçıvan folklorunun tədqiqi və qarşılıqlı əlaqələri”, “Yazıçı və folklor əlaqələri” və “Naxçıvanlı müəlliflərin əsərlərində folklor janr, mövzu və motivləri” adlı üç fəsildən ibarət olan kitabın birinci fəslində Məhəmmədhüseyn Təhmasibin dastanşünaslıqda rolu, Ərtoğrol Cavidin xalq yaradıcılığına sevgisi, Naxçıvan bayatılarında dağ motivi və sevgi iztirabları, “Köçəri” yallısı, eləcə də Naxçıvan bayatılarının İqdır, Kərkük və Balkan türklərinin bayatıları ilə müqayisəli təhlili yer alır. İkinci fəsildə Hüseyn Cavid, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Aşıq Nabat, Məmməd Araz, İslam Səfərli, Adil Babayev və Hüseyn Razi kimi görkəmli ustadların yaradıcılığında folklor motivləri və xalq lirikasının təzahürü araşdırılır. Son fəsildə isə mifin şeirə təsiri, xalq oyun və tamaşalarının poetik ifadəsi, epik folklor nümunələrindən gələn mövzu, motiv və obrazların şeirdə bədii əksi, xalq lirikası və yazılı şeir əlaqələri təhlil olunur.   

Qeyd edək ki, 20 ildir, folklorşünaslıq sahəsində tədqiqatlar aparan, 100-ə yaxın elmi məqalənin, həmçinin 5 monoqrafiyanın müəllifi olan filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun bu yeni kitabı Naxçıvan ədəbi mühitini və folklorunu öyrənən tədqiqatçılar üçün dəyərli mənbədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri