“Tibbi və ədəbi məqalələr” kitabı çapdan çıxıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 2 aprel, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, birliyin İrs Komissiyasının sədri Sona Xəyalın (Sonaxanım Hadıyeva) “Tibbi və ədəbi məqalələr” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Yeni nəşrin redaktoru və ön sözün müəllifi Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərova, toplayıb nəşrə hazırlayan baş mütəxəssis Xəyalə Qasımlı, rəyçiləri dosentlər Aynur Hacıqədirli, Tahirə Həsənzadə və Nailə Səmədovadır.
Kitabda Sona Xəyalın müxtəlif illərdə qələmə aldığı, müxtəlif konfrans materiallarında və Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalında çap olunmuş məqalələri toplanıb, həmçinin müəllifin elm və ədəbiyyat tariximizdə baş vermiş proseslərə dair düşüncələri və nəzəri-tənqidi fikirləri öz əksini tapıb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Baxış sayı:160
Bu xəbər 02 Aprel 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















