Icma.az
close
up
RU
fon der Leyen ABŞ ın Rusiyaya qarşı sanksiyalarını dəsdəkləyir...

fon der Leyen ABŞ ın Rusiyaya qarşı sanksiyalarını dəsdəkləyir...

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa Komissiyasının rəhbəri respublikaçı Lindsi Qremlə görüş keçirib.

...Avropa Komissiyasının sədri Ursula fon der Leyen amerikalı senatorların Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi təşəbbüsünü dəstəklədiyini bildirib.

SİA-nın məlumatına görə, bu barədə Politico yazır.

Bazar ertəsi Berlində von der Leyen ABŞ-ın sərt xarici siyasətinin əsas tərəfdarı olan respublikaçı Lindsi Qrem ilə görüşüb.

Əsas müzakirə mövzusu Avropa İttifaqı ilə ABŞ arasında Rusiyaya qarşı sanksiyaların koordinasiyası olub.

Avropa Komissiyası artıq Ukraynada davam edən müharibə fonunda Rusiyanın energetika və bank sektoruna yönəlmiş 18-ci “sərt” sanksiyalar paketini hazırlayır.

Lindsi Qrem demokrat Riçard Blumental ilə birlikdə Rusiyanın enerji resurslarını alan ölkələr üçün yüksək tarifləri nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Layihənin 60 həmmüəllifi var və ABŞ Senatının bu həftə sənədin müzakirəsinə başlayacağı gözlənilir.

...Təzyiq ona görə işləyir ki, Kreml bunu başqa cür başa düşmür.

Bunu fon der Leyen deyib.

...Amerikanın tədbirləri ilə birlikdə bizim tədbirlərimiz sanksiyaların təsirini əhəmiyyətli dərəcədə artıracaq.

Qrem, öz növbəsində, Putinin döyüş maşınına yanacaq verən ucuz Rusiya neftini satın alan Çin və digər ölkələrin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.

İstanbuldakı danışıqlardan sonra Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı Rusiyanın sülh danışıqlarını gecikdirəcəyi təqdirdə sanksiyaları sərtləşdirməyə çağırıb.

Von der Leyen və Qrem, həmçinin 20 mindən çox ukraynalı uşağın zorla ölkədən çıxarılması ilə bağlı Rusiyaya təzyiqlərin davam etdirilməsinin vacibliyini müzakirə ediblər.

Onlar həmçinin razılaşıblar ki, ən yaxşı variant ABŞ və Aİ arasında tarif mübahisəsi ilə bağlı razılığa gəlmək olacaq. Günün sonunda Qrem Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə görüşərək Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri