Icma.az
close
up
RU
Şuşa daha bir missiyasını başa çatdırdı

Şuşa daha bir missiyasını başa çatdırdı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İCESCO-nun qərarı ilə Şuşa şəhəri 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilmişdi. İl ərzində bu çərçivədə beynəlxalq əhəmiyyətli bir sıra mədəni tədbirlər keçirilib.

Bu missiyanın başa çatması münasibətilə bağlanış mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin əhəmiyyətindən danışıblar. Eyni zamanda, il ərzində görülən tədbirlər barədə məlumat verilərək bildirilib ki, İCESCO Azərbaycanın postmünaqişə dövründə bərpa sahəsindəki təcrübəsini yüksək qiymətləndirdirib. İCESCO ilə tərəfdaşlıq Azərbaycana mədəni irsini gələcək nəsillər üçün effektiv şəkildə qorumaq və dirçəltmək üçün güvən və resurslar verir.

İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik videomüraciətində deyib ki, Şuşa bizə tarixin şərəfləndirildiyi, rəhbərliyin uzaqgörən olduğu və İslam dünyasının mədəniyyət, bilik və ruhla birləşdiyi zaman nəyin mümkün olduğunu göstərdi. “Şuşa mədəni ləyaqətin rəmzi, İslam yaradıcılığının mayakı və xalqların keçmişlərinə qürurla, gələcəklərinə isə inamla addımladıqda nələrə nail ola biləcəklərinin canlı sübutuna çevrilib.

İCESCO-nun Baş direktoru bildirib: “Şuşa Mədəniyyət Paytaxtı elan edildiyi ilk gündən etibarən öz yerini alaraq inkişaf etdi, lakin daha da əhəmiyyətlisi, mədəni mükəmməllikdə liderliyini yenidən müəyyənləşdirdi. Əziz Şuşa, biz bu bayramı bağlamırıq. Lakin sizinlə və sizin xalqınızla yeni bir mədəniyyət dövrü açırıq. Azərbaycana təşəkkür edirik”.

Daha sonda mərasim təntənəli konsert proqramı ilə davam etdirilib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri