Icma.az
close
up
RU
Foreign Affairs: Rusiya rəsmiləri niyə pəncərədən atılırlar ..?

Foreign Affairs: Rusiya rəsmiləri niyə pəncərədən atılırlar ..?

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Stalinin dövründə olduğu kimi burada da əsas sual qalır: növbəti kimdir...

...Rusiyada məmurlar və biznes elitası arasında qorxu mühiti artır.

SİA-nın məlumatına görə, “Foreign Affairs” yazır ki, Ukraynaya qarşı müharibə başlayandan bəri 56 uğurlu sahibkar və dövlət qulluqçusu müəmmalı şəraitdə dünyasını dəyişib, onların çoxu pəncərədən yıxılıb..?

...2025-ci ilin yayında nəqliyyat naziri Roman Starovoit istefasından az sonra özünü güllələyib və “Transneft”in vitse-prezidenti Andrey Bədəlov hündürlükdən yıxılaraq ölüb.

Eyni zamanda müdafiə sektorunda korrupsiyaya qarşı genişmiqyaslı kampaniya aparılır.

Keçmiş müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasına şərəfli sürgünə göndərilib, onun müavini Timur İvanov isə mənimsəmə ittihamı ilə 13 il həbs cəzası alıb.

Təkcə iyun və iyul aylarında 140-a yaxın orta və yüksək səviyyəli məmur həbs edilib.

Regional elitalar, o cümlədən Ukrayna ilə həmsərhəd regionlar da hücuma məruz qalıb. Bununla belə, ekspertlər qeyd edirlər ki, Kremlin məqsədi korrupsiya ilə mübarizə deyil, elitanı qorxutmaqla hakimiyyəti əldə saxlamaqdır. Nümayişli həbslər və ölümlər göstərir ki, nə əlaqələr, nə də şəxsi sədaqət artıq müdafiəyə zəmanət verə bilməz.

Hətta Rotenberq qardaşları kimi oliqarxların himayədarlığı da Starovoiti xilas edə bilmədi. Eyni zamanda dövlət biznesə təzyiqləri artırıb. İri sahibkarlar da hücuma məruz qalır.

Milyarder Vadim Moşkoviç həbs edilib və 30 milyard rublu mənimsəməkdə ittiham olunub.

Müharibə iştirakçıları arasından "tranxokratlar" yeni elita da güclənir.

Artem Coqa kimi Donbas qəhrəmanları səlahiyyətli nümayəndələr və Təhlükəsizlik Şurasının üzvü kimi vəzifələr alır, təcrübəli menecerləri sıxışdırırlar.

Maliyyə sistemi hələ də Elvira Nabiullina kimi texnokratların sayəsində ayaqdadır, lakin analitiklər xəbərdarlıq edir ki, onlar təmizləmələrin növbəti qurbanı olarsa, ölkə iqtisadi böhranla üzləşəcək.

Stalinin dövründə olduğu kimi burada da əsas sual qalır: növbəti kimdir.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri