Formula 1 Azərbaycan Qran Prisi üçün könüllü qeydiyyatı başlayıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 4 may, AZƏRTAC
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 2026-cı il Formula 1 Azərbaycan Qran-Prisinin 10 illik yubiley buraxılışı üzrə Könüllü Proqramına müraciətlərin başlandığını elan edib.
BŞH-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyat mayın 4-dən etibarən açıqdır və yalnız Bakı Şəhər Halqasının mobil tətbiqi vasitəsilə həyata keçirilir. Namizədlərə yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq müraciətlərini gecikdirməmək tövsiyə edilib. Bildirilib ki, proqram iştirakçılara dünyanın ən nüfuzlu idman tədbirlərindən birinin təşkilində yaxından iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, könüllü olmaq istəyən şəxslər məsuliyyətli, enerjili, ünsiyyətcil olmalı və komanda şəraitində işləmə bacarığına malik olmalıdırlar. Proqram üçün minimum yaş həddi 16-dır. Xarici dil biliklərinə malik namizədlərə seçim mərhələsində üstünlük veriləcək.
Xatırladaq ki, ötən il proqram çərçivəsində 30 mindən çox müraciət qeydə alınıb və onlardan yalnız 2 min nəfər könüllü seçilib.
Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















