Formula 1 bu ölkələrdə yarışları ləğv edə BİLƏR
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Bəhreyn və Səudiyyə Ərəbistanında növbəti aya planlaşdırılan "Formula-1" yarışları baş tutmaya bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Sky News" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, növbəti ay hər iki ölkədə qran-pri keçirilməli idi: Bəhreyn tədbirə aprelin 12-də, Səudiyyə Ərəbistanı isə növbəti həftəsonu - aprelin 19-da ev sahibliyi etməli idi.
Regiondakı münaqişələrlə bağlı vəziyyət son günlərdə yaxşılaşma əlamətləri göstərmədiyi üçün qərarın rəsmi təsdiqinin yaxın 48 saat ərzində elan ediləcəyi gözlənilir.
Daha əvvəl həmçinin bildirilib ki, mərhələlər ləğv ediləcəyi təqdirdə "Formula-1" onları mövsüm təqvimindəki digər yarışlarla əvəz etməyi planlaşdırmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Mart 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















