Formula 1 də həlledici gün Bakıda əsas yarış
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq.
QOL.az xəbər verir ki, yarışda trekdə iki əsas mübarizə olacaq.
Günün ilk yürüşü saat 11:00-da başlayacaq. Əvvəlcə Formula 2 pilotları ikinci əsas yarışda qüvvələrini sınayacaqlar. Mübarizə saat 12:05-də başa çatacaq.
Günün əsas yarışı isə Formula 1 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Sessiyaya saat 15:00-da start veriləcək və 17:00-dək davam edəcək.
Formula 1 yürüşündə pilotlar start düzülüşünə sıralama turunun nəticələrinə əsasən çıxacaqlar. Yarışa birinci yerdən "Mercedes"in sürücüsü Corc Rassell başlayacaq. İkinci pillədə "Ferrari"nin pilotu Şarl Lekler, üçüncü sırada isə "McLaren"in təmsilçisi Oskar Piastri qərarlaşıb. Onları müvafiq olaraq İsak Hacar ("Red Bull"), Lando Norris ("McLaren"), Luis Hemilton ("Ferrari"), Pyer Qasli ("Alpine"), Maks Ferstappen ("Red Bull"), Karlos Sayns ("Williams") və Esteban Okon ("Haas") izləyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 Sentyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















