Icma.az
close
up
RU
Formula 1 həyəcanı Bakıya qayıdır: Qlobal yarışın yerli qəhrəmanları ilə müsahibə mərhələsi davam edir REPORTAJ

Formula 1 həyəcanı Bakıya qayıdır: Qlobal yarışın yerli qəhrəmanları ilə müsahibə mərhələsi davam edir REPORTAJ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan bu il də dünyanın ən mötəbər idman tədbirlərindən biri olan Formula 1 Qran-Prisinə ev sahibliyi etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, sentyabrın 19-21-də paytaxt Bakının küçələrində təşkil olunacaq bu mötəbər yarış yalnız pilotların qızğın mübarizəsi ilə deyil, həmçinin gənclərin böyük marağı və fəal iştirakı ilə yadda qalacaq. Belə ki, bu il könüllülük proqramına müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Cəmi 48 saat ərzində 31 min gənc bu fürsətdən yararlanmaq üçün müraciət edib. Bu, Azərbaycan Qran-Prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb. Ötən il bu rəqəm 16,000 idi.

Hazırda seçilmiş namizədlərlə müsahibə mərhələsi davam edir.

AZƏRTAC müsahibə mərhələsinin keçirildiyi məkana gedərək proseslə yaxından tanış olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə mütəxəssisi Əli Xəlilov bildirib ki, namizədlər öz bacarıqları, motivasiyaları və təcrübələrinə əsasən seçiləcəklər: "Onların dil bilikləri, komanda ilə işləmək bacarığı və sair kimi kriteriyalar önəm kəsb edir. Amma ən vacibi motivasiyadır. Yarışda iştirak etmək üçün istəkli və həvəsli olan gənclərə üstünlük veriləcək. İyun ayının sonlarına doğru artıq müsahibə mərhələsinə yekun vurulacaq. Daha sonra namizədlərə seçilib-seçilmədikləri ilə bağlı cavablar göndəriləcək. Bu mərhələ başa çatdıqdan sonra təlimlərə start veriləcək. Burada seçilmiş könüllülər bilik və bacarıqlarını artıracaq, yarışa ən yaxşı şəkildə hazırlaşacaqlar".

BHŞ rəsmisinin sözlərini görə, könüllülük proqramı gənclərin sosial bacarıqlarını artırmaqla yanaşı, peşəkar həyata hazırlıqlarına da ciddi töhfə verir: "Könüllülük proqramı gənclərə təkcə beynəlxalq tədbirdə iştirak imkanı vermir, eyni zamanda onlara dil bacarıqlarını inkişaf etdirmək, yeni dostlar qazanmaq və fərqli millətlərin nümayəndələri ilə işləmək fürsəti qazandırır. Bu proqramın əsas məqsədlərindən biri də gələcəkdə bu sahədə peşəkar kadrların formalaşmasına dəstək verməkdir".

Maraqlısı budur ki, bu mərhələdə yalnız tələbələr deyil, məktəblilər də fəal şəkildə iştirak edirlər. Onlar bu addımın gələcək karyeralarında böyük rol oynayacaqlarını bildirirlər. Bu məktəblilərdən biri də 16 yaşlı 11-ci sinif şagirdi Rəsul Babayevdir. O, Formula 1-də könüllü kimi çalışmağın şəxsi inkişafına kömək edəcəyinə inandığını vurğulayıb: "Könüllülük beynəlxalq təcrübə qazanmaq baxımından da əhəmiyyətlidir. Yeni insanlarla tanış olacaq, xüsusilə də əcnəbilərlə sıx ünsiyyət quraraq ingilis dilimi təkmilləşdirəcəyəm. Bu yarışları hər il izləyirəm. Yaxşı ki, Azərbaycan artıq səkkizinci ildir belə nüfuzlu idman tədbirinə ev sahibliyi edir".

Rəsul üçün ilk olsa da, müsahibəyə qatılanlardan bəziləri artıq ikinci və ya üçüncü dəfədir bu təcrübəni yaşayırlar. Azərbaycan Dillər Universitetin ikinci kurs tələbəsi olan Firuzə Əzizova qeyd edib ki, Formula 1-də könüllülərin peşəkar işlə tanış olmaqla yanaşı, əyləncəli zaman keçirmək imkanı olur: "İkinci dəfədir burada könüllü kimi çalışmaq üçün müraciət edirəm. Ötən il müsahibə mərhələsindən uğurla keçmiş, yarış həftəsində fəal şəkildə iştirak etmiş könüllülərdən biri də mən olmuşdum. İşimiz çox məsuliyyətli idi. Yarışı izləməyə gələn tamaşaçıların biletlərini yoxlayırdıq. Komanda daxilindəki bütün könüllülər çox mehriban və aktiv idilər. Həqiqətən də hər biri xüsusilə seçilmişdilər. Bu il də həyəcanlıyam, amma eyni zamanda motivasiyalıyam".

Qeyd etmək lazımdır ki, bu cür könüllülük proqramları Azərbaycan gəncliyinin fəallığını, məsuliyyətini və beynəlxalq arenada özünü göstərmək istəyini nümayiş etdirir. Könüllülərə olan böyük maraq bu tədbirin artıq sadəcə idman yarışı deyil, geniş ictimai və mədəni platformaya çevrildiyini göstərir. Pərdəarxasında çalışan bu gənclərin yarışın qüsursuz təşkilində əməkləri danılmazdır. Sözsüz ki, onların dəstəyi və böyük köməyi ilə builki Formula 1 yarışları da uğurla tarixə yazılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri