“Formula 1” mövsümöncəsi testlərin tarixlərini təsdiqlədi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Formula 1” rəsmi olaraq 2027-ci il mövsümü öncəsi sınaqların cədvəlini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sports.ru” məlumat yayıb.
Sınaqlar 24-27 fevral tarixlərində, ardıcıl dörd gün ərzində Bəhreyn Qran-prisinin keçirildiyi trasda baş tutacaq.
Gələn il “Formula 1” sınaqları yalnız bir mərhələ ilə məhdudlaşdıracaq. Təşkilatçılar bildirirlər ki, əgər sınaqların Bəhreyndə keçirilməsi mümkün olmasa, tədbir başqa məkana köçürülə bilər.
Qeyd edək ki, mövsüm öncəsi sınaqlar ənənəvi olaraq çempionatın başlamasından əvvəl keçirilir. 2027-ci il mövsümünün açılış mərhələsi olan Bəhreyn Qran-prisinin 12-14 mart tarixlərində, Səudiyyə Ərəbistanı Qran-prisinin isə növbəti həftəsonu keçirilməsi nəzərdə tutulub.
Baxış sayı:42
Bu xəbər 16 Sentyabr 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















