Formula 1 yarışları Ruandada on il ərzində keçiriləcək
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 oktyabr, AZƏRTAC
Afrika qitəsində sonuncu dəfə Formula-1 yarışları 1993-cü ildə keçirilib.
AZƏRTAC xəbər verir ki, təşkilat çərşənbə axşamı Ruanda ilə onillik müqavilə imzalandığını elan edib. Müqaviləyə əsasən, ölkədə yeni yarış trası tikiləcək.
İlk yarış paytaxt Kiqalidən təxminən 40 kilometr cənubda yerləşən Buqesera bölgəsində trasın tikintisi başa çatdıqdan sonra keçiriləcək. Bunun növbəti onilliyin əvvəlində baş verəcəyi gözlənilir. “Nu.nl” nəşrinin yazdığına görə, Afrika Qran-Prisinin ilk yarışının dəqiq tarixi hələ müəyyənləşdirilməyib.
Afrikaya qayıtmaq Formula-1-in çoxdankı arzusu olub. Təşkilatın nümayəndələrinin sözlərinə görə, Ruanda ilə əldə olunan razılaşma uzun illər davam edən əməkdaşlığın nəticəsidir.
“Bu, Formula-1 üçün tarixi məqamdır. Gələn onillikdən etibarən Ruandanın yarış təqviminə daxil edilməsi ilə idman yarışları əhalinin yaşadığı bütün qitələrdə keçiriləcək. Beləliklə, dünya çempionatını planetin hər yerindəki azarkeşlərə əvvəlkindən daha çox yaxınlaşdıracağıq”, – deyə Formula-1-in direktoru Stefano Domenikali bildirib.
Formula-1-in məlumatına görə, Afrikada 100 milyondan çox insan bu idman növünü izləyir. Saharadan cənubda yerləşən əsas bazarlarda azarkeşlərin təxminən 60 faizi 35 yaşdan aşağıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Oktyabr 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















