Icma.az
close
up
RU
“Formula 1”dən sonra da dərslər distant olacaq?

“Formula 1”dən sonra da dərslər distant olacaq?

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılıb. Buna görə də qeyd olunan ərazi üzrə sentyabrın 22–26-da 7 məktəbdə tədris distant formada təşkil edilib.

Belə ki, 6 nömrəli məktəb-lisey, 7, 8 və 23 nömrəli tam orta məktəblər, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli məktəb-lisey və İlyas Əfəndiyev adına Elitar Gimnaziyada dərslər distant olub.

"Formula 1"dən sonra da tıxac probleminin qarşısını almaq üçün tədris distant formada davam edə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki,  "Formula 1" ilə əlaqədar olaraq, bir neçə təhsil müəssisəsində tətbiq olunan dərslərin məsafədən idarəetməsi fonunda yollarda avtomobil sıxlığında azalma müşahidə olunur:

"Yeni tədris ili başlayan gün və sonrakı günlərdə yollarda sıxlıq müşahidə olunurdu. Lakin distant tədrisin tətbiqindən sonra son 2-3 gün ərzində o qədər də sıxlıq müşahidə olunmur. Fikrimcə, xüsusi problemin aradan qaldırılması, metropoliten istiqamətində mövcud təmir-bərpa işləri, eyni zamanda yol infrastrukturunda olan işlərin tam başa çatmasına qədər məsafədən dərsləri idarə edə bilərik”.

Müsahibimiz hesab edir ki, distant tədrislə bağlı bir çətinliyimiz olmamalıdır. Çünki pandemiya dövründə biz məhz məsafədən idarəetmə əsasında təhsili tətbiq etmişik və bu istiqamətdə təcrübəmiz var.

Distant təhsil dövrünün mümkün təsirlərini şərh edən ekspert qeyd edib ki, distant təhsil ənənəvi təhsilin yerini vermir. İstər PISA qiymətləndirilməsində, istərsə də digər qiymətləndirmələrdə uğurlu nəticələrimiz yoxdur:

“Ona görə də düşünürəm ki, məsafədən təhsilin də müəyyən qədər çatışmayan tərəfləri var”.

Elçin Əfəndi: Bakıda 700-800 min nəfərin tədrisini müvəqqəti olaraq distant formata keçirmək mümkündür

Ekspert bildirib ki, fors-major hallar, fövqəladə vəziyyət və digər pandemik vəziyyətlərlə əlaqədar olaraq  distant təhsildən faydalanmalıyıq. Dediyinə görə, paytaxtda mövcud olan nəqliyyat sıxlığını dəyərləndirərkən dərslərin məsafədən (distant) təşkil olunması və ya sıxlığın yüksək olduğu təhsil müəssisələrində bu formata keçilməsi hal-hazırkı vəziyyət üçün ən məntiqi qərarlardan biri hesab olunur:

“Çünki ölkə üzrə 1 milyon 600 min şagird və 250 mindən çox tələbə təhsil alır. Məhz faiz nisbətində paytaxtda 500 min nəfərə yaxın şagird tam orta təhsil müəssisələrində təhsil alır. Sırf paytaxtda yerləşən ali məktəblərdə 180 000-ə yaxın tələbə təhsil alır. Bu müəssisələrdə isə təxminən 200 000 nəfərə yaxın təhsilalan var”.

“Ümumilikdə həm məktəblər, həm də orta ixtisas və ali təhsil müəssisələri nəzərə alınsa, Bakıda hardasa 700-800 min nəfərin tədrisini müvəqqəti olaraq distant formata keçirmək mümkündür", - deyə Elçin Əfəndi əlavə edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Sentyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri