Icma.az
close
up
RU
Fövqəladə vəziyyət, yoxsa Trampın yeni təsir mexanizmi?

Fövqəladə vəziyyət, yoxsa Trampın yeni təsir mexanizmi?

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ağ Ev “rəqiblərinə” qarşı yeni siyasətə əl atır...

ABŞ prezidenti Donald Tramp ölkənin milli təhlükəsizliyini təhdid edən ticarət balanssızlığı ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Dövlət başçısının sözlərinə görə, təhlükənin mənbəyi ölkə hüdudlarından kənardadır. “ABŞ-ın ticarət kəsiri ölkənin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaradır. Bu təhlükənin mənbəyi bütövlükdə və ya böyük ölçüdə Birləşmiş Ştatlar hüdudlarından kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Bununla əlaqədar olaraq milli fövqəladə vəziyyət elan edirəm”, -deyə prezident bildirib.

CNN-in yaydığı məlumata görə, fövqəladə vəziyyətin elan edilməsi Trampa tariflər üzərində daha çox səlahiyyət verir. Tədbirlər aprelin 9-da qüvvəyə minəcək. Bundan əvvəl, aprelin 5-də isə digər ölkələrə münasibətdə 10 faizlik əsas gömrük rüsumu qüvvəyə minəcək. Qeyd edək ki, yanvar ayında Tramp ilk fövqəladə vəziyyəti elan etmişdi - həmin vaxt o, enerji hasilatını artırmaq və sənayeyə əvvəlki administrasiya tərəfindən tətbiq edilən çoxsaylı ekoloji məhdudiyyətləri aradan qaldırmaq üçün bu yola baş vurmuşdu.

Tramp iqtisadi manevrə üstünlük verir...

Vurğulandığı kimi, yaranan vəziyyət daha çox Aİ ölkələri üçün “SOS” siqnalı sayılmalıdır. Çünki artan rüsumlar arasında Aİ daha çox diqqəti cəlb edir. Nəzərə alsaq ki, bu vaxta qədər fərqli statusla əməkdaşlıq edən Aİ ilə ABŞ arasında artıq yeni münasibətlər sistemi formalaşır. Aİ ölkələrinə və Çinə münasibətdə baza dərəcəsi sayılan 10 faizin üstündə rüsumun tətbiq olunması ABŞ-ın yeni dövr üçün iqtisadi siyasətinin konturlarını müəyyən edir. Bu fakt iqtisadi mahiyyət daşımaqla yanaşı, həm də siyasi mahiyyətə malikdir. Məsələnin Çinlə bağlı tərəfi məlumdur - Vaşinqton açıq şəkildə etiraf edir ki, son illərdə Çinin artan iqtisadi gücündən ehtiyat edir. Bu mənada, Tramp son dövrlərdə bütün siyasi-iqtisadi planlarını Çinin gücünü zəiflətmək, qlobal bazarda hazırki möhkəm dayaqlarını “silkələmək” üçün hazırlayır. Bir sıra ekspertlər hətta Ukrayna müharibəsinin tez bir zamanda həlli üçün göstərilən səyləri də bununla əlaqələndirir. Xüsusilə, ABŞ-ın Rusiya ilə nadir torpaq metalları sahəsində əməkdaşlıq arzularını dilə gətirməsi Moskva-Pekin yaxınlaşmasının qarşısının alınmasına hesablanıb. Təsadüfi deyil ki, Trampın son “rüsum islahatı” siyahısında Rusiyanın adı yoxdur. Bu, bir daha onu göstərir ki, Ağ Ev sahibi ABŞ-ın son 3-4 ildə yürütdüyü siyasi kursun istiqamətini dəyişir. Belə ki, artıq Vaşinqton qlobal liderlik uğrunda mübarizəni iqtisadi sferaya transfer edir.

Aİ-nin “qara günləri”...

Avropa kontingentinə gəldikdə isə vəziyyət daha acınacaqlı ola bilər. Nəzərə alsaq ki, Aİ ölkələri son 3 ildə (Ukrayna müharibəsi ilə bağlı) Rusiyaya qarşı yürütdüyü sanksiya siyasəti nəticəsində özləri üçün xammal bazasının yollarını bağlayıblar, bu və ya digər şəkildə ABŞ-a və ABŞ-ın nəzarətində olan başqa mənbələrə “ehtiyaclı” qalıblar, onların vəziyyəti daha pis ola bilər. ABŞ isə bu addımı ilə Avropaya “yerini göstərir”. Təsadüfi deyildi ki, bu ilin fevranda Tramp polad və alüminium idxalına 25 faiz tarif tətbiq etdiyini elan etmişdi. Sonuncu Münhen təşlükəsizlik Konfransında baş verənlər isə ABŞ-ın Aİ-də “köklü dəyişikliklər” arzusunda olduğunu bütün kriteriyaları ilə üzə çıxardı. Tramp administrasiyasının vitse-prezidenti Ceyms Devid Vensin Avropa dövlətlərini açıq ittihamlarla “danlaması” iki keçmiş müttəfiqlər arasındakı fikir ayrılığını ortaya qoydu.

Ümumiyytlə, siyasi mütəxəssislər Vaşinqtonun davranışlarını Aİ-ni məcburetmə mexanizmi üçün hesablandığı fikrindədirlər. Belə ki, Aİ-nin Fransanın timsalında bəzi dövlətlərinin Ukryna münaqişəsinin həllinə qarşı cəbhə alması Ağ evi narazı salır. Eyni zamanda, artıq bir müddətdir ki, “Avropa Ordusu” ideyasından əl çəkməyən köhnə qitə sanki Vaşinqton tərəfindən cəzalandırılır. Bunu Aİ özü də dərk edir. Sadəcə olaraq, ABŞ-ın apardığı siyasətə təsir etməyə əlində hansısa mexanizmi yoxdur.

Tramp isə bütün gücü ilə qarşısına çıxan “maneələri” dəf etmək üçün irəlilyir. Dövlət başçısı açıq şəkildə ölkəsinin iqtisadi maraqları üçün heç kimə güzəşt etməyəcəyini bildirir - hətta, keçmiş müttəfiqlərinə belə...

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri