Icma.az
close
up
RU
“Parisdə anlayırlar ki, Azərbaycanla gərginliyi saxlamaq faydasızıdır” Deputat

“Parisdə anlayırlar ki, Azərbaycanla gərginliyi saxlamaq faydasızıdır” Deputat

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Fransa açıq şəkildə Ermənistanı və Qarabağ separatçılarını dəstəklədiyi üçün təbii ki, münasibətlərimizdə gərginlik mövcud idi. İndi bu mövzu bağlanıb. Belə olan halda, Fransanın süni şəkildə Azərbaycana qarşı hansısa addım atması konkret olaraq Parisin öz maraqlarına ziddir. Söhbət iqtisadi, siyasi maraqlardan gedir, eyni zamanda, Azərbaycan qarşı tərəfin addımlarını cavabsız qoymur və bu da Parisə müəyyən başağrısı gətirir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov son günlər Fransa ilə münasibətlərdə gərginliyin müəyyən qədər azalmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransa ilə Azərbaycanın böləsi nələrisə yoxdur: “Hiss olunur ki, Parisdə götür-qoy ediblər və anlayırlar ki, Azərbaycanla gərginliyi saxlamaq faydasızdır, bu, heç bir nəticə vermir. Belə olan halda, düşünürəm ki, addım-addım münasibətlərdəki soyuqluq, müəyyən mənada hətta düşmənçilik aradan götürülə bilər. Ancaq bunun üçün vaxt tələb olunacaq. Çünki Fransanın Azərbaycana qarşı mənfi hərəkətləri qısa bir zamanda yaddan çıxası deyil”.

İlkin olaraq hansı addımların atıla bilməsinə gəlincə, deputat deyib ki, Fransa BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində Azərbaycana qarşı ard-arda qətnamələr irəli sürürdü. Fransanın tövsiyəsi ilə Belçika, Lüksemburq, Niderland parlamentləri də ölkəmiz əleyhinə sənədlər qəbul edirdilər: “Bunlar hamısı Fransanın işləri idi. İndi biz müşahidə edəcəyik ki, bundan çəkinəcək, ya yox. Fransada parlamentin addımlarını demokratiya ilə əlaqələndirməyə çalışırlar, amma hər şey prezident sarayından idarə olunur. Azərbaycan dəyişikliyi müşahidə etdiyi halda, biz də əks addımlarımızdan çəkinə bilərik”.

Deputat Azərbaycanın antikolonial siyasətinə də toxunub, bildirib ki, kimlərsə ölkəmizin Fransaya qarşı antikolonial işləri idarə etdiyini düşünürsə, bu, belə deyil: “Dənizaşırı ərazilərdə konkret problemlər var, insanlar Parisin bu yaramaz siyasətini qəbul etmirlər, mübarizə aparırlar, sadəcə olaraq Azərbaycan onlara səslərini dünyaya çatdırmaq üçün imkan verdi. O mübarizə olmadığı halda, Azərbaycan bunu süni şəkildə edə bilməzdi. Problem Azərbaycanda deyil, Fransanın yaramaz siyasətindədir. Fransa indi Yeni Kaledoniyada öz kolonial siyasətini yumşaltmağa, orada mübarizə aparan kanakların səsini eşitməyə başlayıb. Belə olan halda, orada da problem yumşalar və biz, təkrar edirəm, süni şəkidə Fransaya qarşı problem yaratmırıq, problemi özü yaradır”.

Fransa üçün Azərbaycanın əhəmiyyətinə diqqət çəkən R.Musabəyov deyib ki, regionda ən böyük bazar Azərbaycandır: “Sabah İrana qarşı sanksiyalar yumşalanda orada iş görmək yenə də kifayət qədər çətin olacaq. Azərbaycan vasitəsilə İranda iş görmək isə xeyli asandır. “Abşeron” yatağında Fransanın “Total” şirkəti mövcuddur, bu da onlar üçün vacibdir. Fransa Azərbaycanda dəmir yolu, metro stansiyalarının yenilənməsində iştirak etmək istəyirdi. Münasibətlərin pisləşməsi buna imkan vermədi. Amma strateji baxımdan ən əhəmiyyətli olanı budur ki, Fransa Avropada ən çox nüvə elektrik stansiyalarına malik bir dövlətdir. Ona nüvə yanacağı lazımdır, əvvəllər bunu Afrikadan alırdı, amma bu qitədən qovuldu. Bu gün dünyada demək olar ki, uranın yarısı Qazaxıstanda və Özbəkistanda istehsal olunur. Yanacağın daşınması təkcə təyyarə ilə mümkün deyil axı. Onu gəmi, daha sonra dəmir yolu ilə daşımalısan. Qazaxıstanın Rusiya ilə münasibətlərinin gərginliyini nəzərə alsaq, tək yolu Azərbaycan və Gürcüstandır. Buna görə də Paris təbii anlayır ki, Orta Dəhliz Azərbaycandan keçir, Azərbaycana möhtacdır, elə bütün Avropa İttifaqı. Fransada anlayırlar ki, Avropa İttifaqının Azərbaycanla öz siyasəti var, Fransa özünü Aİ-nin əsas dövləti hesab edir və görür ki, Aİ-yə xələl gətirən siyasəti digər ölkələr üçün də problem yaradır. Bunlar hamısı əlbəttə ki, təsiredicidir”. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:20
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see288

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see191

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see183

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see167

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see132

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see128

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see127

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see127

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see126

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see124

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see123

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see122

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see120

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see120

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see120

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see120

Biləsuvarda üzüm bağlarında ziyanvericilərə qarşı mübarizə aparılır

19 Avqust 2025 17:42see117

Ömrü oğlunun ölüm tarixi ilə bağlanan şəhid atası... "Anamın qucağında gözlərini yumdu"

19 Avqust 2025 21:01see117

Qələbəni “Qarabağ”lı azarkeşlərlə birgə qeyd etdilər Budapeştdən video

20 Avqust 2025 01:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri