Icma.az
close
up
RU
Fransa bu qitəni Çinə uduzur Paris üçün daha bir fiasko

Fransa bu qitəni Çinə uduzur Paris üçün daha bir fiasko

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Böyük dövlətlərin Afrika qitəsi uğrunda mübarizəsi davam edir. ABŞ, Fransa, Türkiyə, Rusiya və Çin Afrika ölkələri ilə əməkdaşlığı ildən-ilə genişləndirməyə çalışırlar. Bu dövlətlərin içərisində geridə qalan Fransadır. Baxmayaraq ki, Paris uzun illər Afrikada siyasi və hərbi maraqlarını qorumağa çalışıb. Ancaq son bir neçə ildə Afrika ölkələri ard-arda Fransanın nəzarətindən çıxıblar. Afrika ölkələrində dəyişən hakimiyyətlər Fransanın koloniyası olmaq istəmirlər.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib.

Bildirilib ki, Afrikada yaranan boşluğu daha çox Çin doldurmağa çalışır:

“Afrika Pekin üçün Çin sərhədlərindən kənarda hərbi və təhlükəsizlik strategiyası baxımından kritik arenaya çevrilib. Çinin Cibutidə hərbi bazasının yaradılması və 53 Afrika ölkəsini əhatə edən Çin-Afrika Əməkdaşlıq Forumunun fəaliyyəti Pekinin strateji hədəflərindən xəbər verir. Çin Xalq Azadlıq Ordusu BMT-nin 17 sülhməramlı missiyasını əhatə edən 2000-ə yaxın əsgəri ilə Afrika sahillərində piratçılığa qarşı mübarizə aparır. Çinin Afrikanın bir sıra ölkəsində, o cümlədən Ekvatorial Qvineya, Anqola və Atlantik sahilindəki Namibiyada əlavə hərbi bazalar yaratmaq barədə planları var. Çin Afrika dövlətləri, o cümlədən onların hərbi liderləri üzərində təsirini gücləndirib, çoxtərəfli forumlar və hərbi təhsil proqramları vasitəsilə bu ölkələrə silah satışını artırıb. Bununla belə, artan bu təsir Afrika ölkələrinin suverenliyinə potensial təhlükə ilə bağlı narahatlıqları artırıb. Afrika ölkələri Fransanın təsirindən qurtulub bir başqa ölkənin təsiri altına düşmək istəmirlər. Çinin ucuz kreditləri Afrika ölkələri üçün qaytarılması böyük yük olan borca çevrilir.

Çinin Afrika ilə təhlükəsizlik və hərbi əməkdaşlığı onun sərmayələrini və “Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə qurulan infrastrukturunu qorumaqda mühüm amil kimi qiymətləndirilir. Pekin dəfələrlə Afrika ilə hərbi əməkdaşlığın gücləndirilməsi və təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Bu əməkdaşlıq bu layihələrin uğur qazanması üçün lazım olan sabitliyi və təhlükəsizliyi qorumağa lazımdır.

Beləliklə, Çinin Afrika dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı iqtisadi maraqlarını qorumaqla yanaşı, qitədə və onun ətrafında daha geniş geosiyasi məqsədlərinin olduğunu da üzə çıxarıb. Çin qlobal təsirini genişləndirməyi və beynəlxalq təhlükəsizlik nizamını yenidən formalaşdırmağı hədəfləyib. Bu ilin sentyabrın 4-dən 6-dək Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunda Çin lideri Si Szinpin bu əməkdaşlığın ölkəsi üçün əhəmiyyətli olduğunu bildirib. Szinpin Çinin Afrika ilə əməkdaşlığın və buradakı ölkələrə dəstəyin Pekin üçün əsas prioritetlərdən biri olacağını vurğulayıb. Çinin Afrika qitəsində mökhəmlənməsi Pekinin ABŞ-la qlobal və regional rəqabət strategiyasının bir hissəsidir.

Çin Afrika ölkələrinə müxtəlif növ hərbi texnika, o cümlədən təyyarələr, döyüş sursatları, zirehli maşınlar, artilleriya, dronlar, elektron müşahidə sistemləri, raketlər, radar təqdim edib. Bunlar Afrika ölkələrinə münasib qiymətlərə satılıb. Çin hərbi satışlarla yanaşı Afrika ölkələri ilə zabit hazırlığı proqramlarını da genişləndirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna görə, Çin 2019-2023-cü illər arasında 21 Afrika ölkəsinə silah ixracı həyata keçirib. İnstitutun hesabatına görə, hazırda Afrika ölkələri ordularının 70%-i Çin hərbi texnikasından istifadə edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Dekabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri