Icma.az
close
up
RU
Makronun Fransa üçün ən böyük nailiyyəti Paris autsayder vəziyyətinə salınıb

Makronun Fransa üçün ən böyük nailiyyəti Paris autsayder vəziyyətinə salınıb

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Fransa bu gün beynəlxalq aləmdə nüfuzunu sürətlə itirməkdədir. Xarici siyasətdə uğursuzluqlar səngimir, ölkə ard-arda diplomatik məğlubiyyətlər yaşayır. Bütün bunlara görə əksəriyyət təqsirkar kimi prezident Emmanuel Makron və komandasını görür.

Yelisey sarayının iştirakı olmadan beynəlxalq tədbirlər keçirilir, sülh sazişləri müzakirə olunur. Konkret olaraq, Ukrayna ilə bağlı aparılan müzakirələr buna nümunədir.

Fransanın nüfuzlu sağyönümlü Milli Birlik Partiyasının lideri Marin Le Pen həyəcan təbili çalan siyasilər sırasındadır. Onun sözlərinə görə, Makronun tək ölkə daxilində deyil, xaricində də nüfuzu sürətlə aşağı düşür. Prezidenti lazımsız və yersiz hərbi ritorikadan dəm vurmaqda suçlayan sağların lideri hesab edir ki, ABŞ və Rusiya Ukraynada sülh prosesində aktiv iştirak edir. Fransanın da daxil olduğu Avropa İttifaqı isə danışıqlar stolu arxasında yoxdur və bu, faciədir. Çünki belə gedişat Fransa üçün irimiqyaslı və çox ciddi nüfuz itkisidir. Bütün hallarda, məhz Fransa Avropa İttifaqının digər üzvləri ilə müqayisədə daha çox itirib.

Makronu ucuz "telediplomatiya"da ittiham edən xanım siyasətçi onu da deyib ki, bu şəxs fransızların qorxusu üzərində oynayır. Le Penin fikrincə, Makronun bəyan etdiyi Rusiya Federasiyası tərəfindən "hərbi təhlükə" mövcud deyil.

Le Pen, həmçinin qeyd edib ki, onun partiyası parlamentdə müzakirə ediləcək "Ukraynaya yardımın artırılması haqqında" qətnaməni dəstəkləməyəcək. Onun sözlərinə görə, mətndə yer alan Ukraynanın Avropa İttifaqına daxil olmasına qəti şəkildə qarşıdır, çünki bu "fransız fermerlərin ölümü olacaq".

Fransalı siyasətçi, şübhəsiz ki, gətirdiyi arqumentlərdə haqlıdır. Məsələ ondadır ki, Makron 2017-ci ildən, yəni hakimiyyətə gələndən bəri Fransanın uğursuzluqları silsilə xarakter alıb. Afrikadan tutmuş Asiyaya, Cənubi Qafqaza qədər bu proses davam edib. Yelisey sarayı hətta Afrika qitəsindən də faktiki olaraq qovulub və proses davam edir. Fransa Çad, Niger, Qabon, Əlcəzair və digər keçmiş müstəmləkələrdən artıq çıxarılıb.

Makronun isə buna cavabı hər kəsi şoka salıb. Az qala, onları qədirbilməzlikdə, Fransanın gətirdiyi nailiyyətləri görməməkdə ittiham edib. Bir növ, onları nankor adlandırıb.

Bunun ardınca Afrika ölkələrində antifransız əhvali-ruhiyyə daha da artıb. Konkret olaraq Əlcəzair hakimiyyəti Fransanı hələ də ölkədə yol verdiyi soyqırımına görə üzr istəməməkdə ittiham edib.

Yeri gəlmişkən, Makronun uğursuz siyasətinin nəticəsidir ki, Mali, Burkina-Faso və Niger onun hegemonluq etdiyi Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOVAS) tərk edib. Səbəb isə ECOVAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab etmələridir.

Analoji siyasət Fransanın dənizaşırı torpaqlarında da yaşanıb. Konkret olaraq Yeni Kaledoniyada törədilənləri yada salmaq kifayətdir. Bu torpaqlarda anti-Fransa hərəkatı start götürəndə Paris bunu ən sərt yollarla, yəni qan içində boğmağa üstünlük verdi.

Fransanın ən ciddi uğursuzluqlarından biri də Cənubi Qafqazda yaşanıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi qələbəsindən sonra Bakı ilə Paris arasında münasibətlərdə böhran yaşanır. Bu böhranın da səbəbkarı Fransadır.

Azərbaycan BMT Təhlükəsizlik Şurası tərəfindən pislənmiş erməni işğalından Qarabağı azad edərək ərazi bütövlüyünü bərpa etdi. Lakin Fransa nəinki bu prosesdə Azərbaycanı dəstəkləmədi, hətta işğalçının tərəfini tutmaqdan çəkinmədi. Bu isə ikitərəfli münasibətlərdə gərginliyin artmasına səbəb oldu.

Emmanuel Makronun prezidentliyinə qədər Fransa ATƏT-in Minsk keçmiş qrupu çərçivəsində qismən fəal görünürdü. Lakin 2020-ci ildə erməni işğalçı qüvvələrinin məğlubiyyətindən sonra Paris kəskin qərəzli mövqe tutdu. Həmin ilin noyabrında Fransa Senatı beynəlxalq hüquqa zidd olaraq qondarma Qarabağ Respublikasının (DQR) tanınmasına çağıran qətnamə qəbul etdi. Sonrakı illərdə Fransa qanunsuz separatçı qurumun 2024-cü ildə özünü buraxması faktını nəzərə almadan Azərbaycana qarşı qətnamələrlə çıxış etməyə davam etdi.

Separatçılara sevgi bu gün də davam edir. Məsələn, dünən Fransanın erməni təşkilatlarının Koordinasiya Şurası ənənəvi şam yeməyi təşkil edib, burada ölkənin bir çox tanınmış siyasətçiləri, deputatlar, o cümlədən keçmiş baş nazir Qabriel Attal iştirak edib.

Fransız siyasətçilər Azərbaycana təzyiq yolu seçib və Bakıda məhkəmə prosesi keçirilən separatçıların nümayəndələrinə dəstək nümayiş etdiriblər. Halbuki həmin şəxslər barəsində konkret ittiham aktları var.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Fransanın təxribatçı siyasətini pisləyib, onun ikili standartlarını və suveren dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərini vurğulayıb. O, Parisin illərboyu Azərbaycan torpaqlarının işğalını görməzdən gəldiyini, lakin onların azad edilməsindən sonra ritorikasını kəskin şəkildə Ermənistanın xeyrinə dəyişdiyini xatırladıb.

Prezident, həmçinin Makronu beynəlxalq hüquqa riayət etməməkdə və Yeni Kaledoniya məsələlərinə müdaxilə etməkdə tənqid edib, Fransa rəhbərliyinin bəyanatlarının onların real hərəkətlərinə uyğun gəlmədiyini göstərib.

Görünən odur ki, Fransanın, daha dəqiq ifadə etsək, Makronun və komandasının uğursuz və səriştəsiz siyasəti nəticəsində ölkə ciddi uğursuzluqlar yaşayır. Proseslərin gedişi onu deməyə əsas verir ki, Yelisey sarayının beynəlxalq arenada nüfuzu durmadan azalır. Marin Le Penin timsalında siyasətçilər də bunun qarşısını almaq üçün həyəcan təbili çalırlar.

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Mart 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see267

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see247

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see209

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see208

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see178

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see149

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see137

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see134

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see123

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see123

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri