Fransa Gürcüstanın daxili işlərinə qarışır spiker
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransanın ölkəsinin dövlət suverenliyinə münasibətini tənqid edərək, Parisi Gürcüstanın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.
Modern.az xəbər verir ki, Papuaşvili bu fikirləri Fransa Prezidenti Emmanuel Macronun qanunvericiliyə xarici təsirin yolverilməzliyi ilə bağlı son açıqlamasına cavab olaraq səsləndirib.
Parlament sədrinin sözlərinə görə, Fransa özü sistemli şəkildə digər dövlətlərin daxili məsələlərinə münasibət bildirir və Gürcüstan hakimiyyətinin qərarlarını açıq şəkildə qiymətləndirir.
Papuaşvili hesab edir ki, məhz bu cür yanaşma dövlətlərin suverenliyinə hörmət prinsipini zəiflədir və qarşılıqlı ehtirama əsaslanan beynəlxalq nizamın sarsılmasına səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 16 İyun 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















