Fransa ilə oyuna nə qədər bilet satılıb?
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yığmamızın Fransa ilə oyununda anşlaq olacaq. DÇ-2026-nın seçmə mərhələsinin son matçına maraq böyükdür.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, dünən axşamadək 26 mindən çox bilet satılıb.
Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tutumunun 33 min nəfərə yaxın olduğunu, oyuna təxminən iki gün qaldığını nəzərə alsaq, bütün biletlərin tükənəcəyi gözlənilir. Yuxarıda qeyd edilən rəqəm yalnız satılan biletlərlə bağlıdır. AFFA tərəfindən fan-klublara və s. biletlər paylandığını nəzərə alsaq, yəqin ki, tribunalar tam dolacaq.
Təbii ki, belə diqqət ilk dəfə Azərbaycana gələn Fransa millisinin ulduzlarına görədir. Yığmamızın İslandiya ilə qarşılaşmasında 11 min yerlik 8-ci kilometr stadionunun yarıboş qaldığını nəzərə alsaq, başqa səbəb yoxdur.
Sabah saat 21:00-da başlayacaq matçın biletlərinn qiymətinin 5-200 manat aralığında dəyişdyini də vurğulayaq.
Baxış sayı:51
Bu xəbər 15 Noyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















