“Fransa ilə oyundan sonra yüksəlişdə olduğumu hiss edirəm” Xaybullayev
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Nəticə bizim üçün müsbət olsa da, oyun asan keçmədi. Qol şansımız çox idi. Hesab arasındakı fərq daha da böyük ola bilərdi. Rəqibin də şansları var idi. Lakin gənc qapıçımız Rəvan Mirzəməmmədovun sayəsində qapımızı toxunulmaz saxlaya bildik”.
QOL.az xəbər verir ki, bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybullayev Misli Premyer Liqasının 5-ci turunda “Şəfa”nı 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, meydanı erkən tərk etməsinə belə aydınlıq gətirib: “Xeyr, zədələnmədim. Sadəcə bir qədər yorğunluq var idi. Yəni hər hansı ciddi problem yoxdur”.
Yarımüdafiəçi qeyd edib ki, Çempionlar Liqasından sonra Azərbaycan çempionatına köklənmək onlar üçün çətin deyil: “Motivasiyamız olmasa, qalib gələ bilmərik. Rəqibin kimliyi fərq etmir. Yenidən ölkə çempionu olmaq istəyiriksə, motivasiyamız da mütləq olmalıdır”.
“Millinin Fransaya qarşı keçirdiyi matçdan sonra oyununuzda yüksəliş olduğunuzu hiss edirsiniz?” sualını Xaybullayev belə cavablandırıb: “Bu fikirlə razıyam. Özüm də Fransa ilə matçdan sonra yüksəlişdə olduğumu hiss edirəm. Buna görə də millinin baş məşqisi Ayxan Abbasova təşəkkür etmək istərdim”.
“Sabah”ın üzvü növbəti matçdan da söz açıb: “Qarşıdakı turda “İmişli” ilə qarşılaşacağıq. Rəqib heç də zəif deyil. Bu matça da ciddi hazırlaşacağıq. Məqsədimiz 3 xal qazanmaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 16 Sentyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















