Icma.az
close
up
RU
Fransa kibercinayətlərə qarşı xüsusi dövlət bölməsi yaradır

Fransa kibercinayətlərə qarşı xüsusi dövlət bölməsi yaradır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Paris, 20 avqust, AZƏRTAC

Fransanın Baş naziri Sebastyən Lökornü dövlət informasiya sistemlərinə qarşı kiberhücumlara operativ cavab verəcək yeni xüsusi bölmənin yaradılması barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, Milli Müdafiə və Təhlükəsizlik üzrə baş katib Nikola Roşa ünvanlanan məktuba əsasən, yeni struktur üç gün ərzində formalaşdırılmalıdır. Bölmənin əsas vəzifəsi kiberhücumların aşkarlanmasını, araşdırılmasını və onlara cavab tədbirlərinin sürətləndirilməsini təmin etmək olacaq.

S. Lökornü yeni bölmənin təşkili, fəaliyyət qaydaları, büdcəsi və rəhbəri ilə bağlı təkliflərin tezliklə təqdim edilməsini tələb edib. Baş nazir Milli İnformasiya Sistemlərinin Təhlükəsizliyi Agentliyindən (ANSSI) bu böhran missiyasına tam səfərbərlik göstərməsini istəyib.

Yeni kiber bölmənin əsas hissəsini ANSSI əməkdaşları təşkil edəcək. Zərurət yarandıqda isə Müdafiə və Daxili İşlər nazirliklərinin mütəxəssisləri, eləcə də ehtiyatda olan hərbçilər və digər mütəxəssislər bu qrupa cəlb oluna bilərlər. Bölmənin həssas sistemlərə giriş pozuntusu aşkar edilən kimi dərhal fəaliyyətə başlaması nəzərdə tutulur.

Lökornü yeni strukturdan hər kiberhücumdan sonra xüsusi təhlil hazırlamasını və əldə olunan təcrübə əsasında dövlətin müdafiə mexanizmlərinin təkmilləşdirilməsini də istəyir. Baş nazir bazar ertəsi rəqəmsal təhlükəsizliyə həsr olunmuş hökumətlərarası böhran iclası keçirmişdi. O, dövlətin kiberhücumlara qarşı daha çevik və güclü əməliyyat cavabına ehtiyac duyduğunu bildirib.

“Biz bu sahədə təşəbbüsü yenidən ələ almalıyıq”, – deyə Lökornü qeyd edib.

Yeni bölmənin yaradılması, xüsusilə Fransanın Vergi Baş İdarəsinə (DGFiP) qarşı həyata keçirilən son kiberhücumlar fonunda gündəmə gəlib. Bu hücumlar nəticəsində çoxsaylı şəxsi və peşəkar məlumatların oğurlandığı açıqlanmışdı.

Baş nazir hazırkı kibertəhlükəni kütləvi, təşkilatlanmış və hibrid xarakterli kimi qiymətləndirib. Onun sözlərinə görə, bu sahədə dövlətlərarası rəqabət aparan qüvvələr, cinayətkar şəbəkələr və ayrı-ayrı hakerlər arasında əlaqələr getdikcə artır.

Lökornü vurğulayıb ki, mübarizə yalnız maliyyə resurslarının artırılması ilə məhdudlaşmamalıdır. O, rəqəmsal təhlükəsizlik vərdişlərinin gücləndirilməsi, erkən aşkarlama, aydın idarəetmə, təlimlər və təcrübədən nəticə çıxarılmasının vacibliyini qeyd edib.

Fransa hökuməti 2027-ci il büdcəsində dövlətin əsas təhlükəsizlik imkanlarını daha da gücləndirmək üçün bu istiqamətdə səylərin artırılmasını planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri