Fransa millisinin oyunçusu azarkeşləri pizzaya qonaq edəcək
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa millisinin müdafiəçisi Maksans Lakrua hər milli komanda oyununda doğma kəndinin sakinlərinə pizza hədiyyə etməyi planlaşdırır.
İdman.Biz bildirir ki, futbolçu 300 nəfər əhalisi olan Ajat kəndində böyüyüb.
Bu gün Fransa milli komandası DÇ-2026-da ilk oyununu Seneqala qarşı keçirəcək. Oyunu izləmək üçün kənddə təxminən 100 sakinin toplaşacağı gözlənilir. Milli komanda ilə ilk oyununu keçirə biləcək Lakrua azarkeşləri pizza ilə mükafatlandırmaq qərarına gəlib.
“Maksans hər oyun gecəsi bizə pizza almağı təklif etdi ki, bu da onun kəndə olan güclü bağlılığını göstərir”, - deyə Ajat bələdiyyə sədri Didye Klerju bildirib.
DÇ-2026 11 iyun - 19 iyul tarixləri arasında keçiriləcək. Seneqaldan əlavə, Fransa qrup mərhələsində İraq (23 iyun) və Norveç (26 iyun) ilə oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 16 İyun 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















