Icma.az
close
up
RU
Fransa müstəmləkəçiliyi cinayət kimi tanına bilər

Fransa müstəmləkəçiliyi cinayət kimi tanına bilər

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əlcəzair Xalq Milli Assambleyası Fransanın XIX-XX əsrlərdəki müstəmləkəçilik siyasətinin cinayət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, qanun layihəsi üzrə səsvermə dekabrın 24-nə planlaşdırılıb.

Qanun layihəsində qeyd olunur ki, Fransanın Əlcəzairi 14 iyun 1830-cu ildə başlayan təcavüzdən 5 iyul 1962-ci ilədək koloniyalaşdırması, həmçinin bu tarixdən sonra da davam edən birbaşa və dolayı nəticələr cinayət hesab edilməlidir.

Qanun layihəsinin 24 dekabrda qəbul edilməsi gözlənilir. Bu, 1997-ci ildə plüralist parlament yaradılandan bəri layihənin tamamilə qanunvericilər tərəfindən hazırlandığı ilk hal olacaq. Adətən, qanun layihələri hökumət tərəfindən təqdim olunur, parlament isə yalnız kiçik düzəlişlər edir. Müşahidəçilər hesab edirlər ki, bu addım Əlcəzair və Fransa arasında siyasi gərginlik şəraitində qanuna daha böyük təmsilçilik nüfuzu qazandırır.

Layihənin müəllifləri bildirirlər ki, Fransa dövləti qeyri-insani hərəkətlərə, siyasi, iqtisadi və humanitar xarakterli cinayətlərə, həmçinin beynəlxalq normaların və qaydaların pozulmasına görə məsuliyyət daşıyır. Parlamentin spikeri İbrahim Buğali vurğulayıb ki, bu təşəbbüslər fransız xalqına qarşı yönəlməyib, tarixi ədalətin bərpasını tələb edir.

Qanun layihəsi kolonializmin təxminən 30 növ cinayətini müəyyənləşdirir. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı amansız işgəncələr, insanların oğurlanması, zorlamalar, qadağan olunmuş silahlardan istifadə, həmçinin Əlcəzair səhrasında nüvə sınaqlarının keçirilməsi daxildir. Sənəd milli yaddaşın təhqir edilməsi, Fransa müstəmləkəçiliyinin tərənnümü və ya ona bəraət qazandırılmasına görə 5 ildən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri